Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Makedoniyalı futbolçu yanğında həlak oldu

Makedoniyalı futbolçu yanğında həlak oldu

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təbii fəlakətlər öz yerində, insan səhlənkarlığı da tez-tez faciəyə yol açır. Belə faciələrdən birində Şimali Makedoniyadan olan futbolçu həlak olub. “Şkupi”nin 25 yaşlı yarımmüdafiəçisi Andrey Lazarov gecə klubunda baş verən yanğında həyatını itirib. O, adamları xilas etməyə çalışarkən dəm qazından zəhərlənib.

Bu faciəvi hadisə martın 16-da Koçani şəhərindəki gecə klubunda baş verib. Yerli DNK qrupu “Pulse” adlanan yerdə çıxış edirmiş. Konserti 1500-ə yaxın adam izləyirmiş. Yanğın təxminən saat 5.30-da pirotexniki vasitədən istifadə üzündən başlayıb. Tez alışan materiallardan düzəldilən tavan qığılcım nəticəsində alışıb. Yerli kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, qurbanların sayı 59 nəfərdi, 155 adam isə müxtəlif dərəcəli xəsarət alıb.
Həlak olanlardan biri də Şimali Makedoniya çempionatının elitasında yarışan “Şkupi”nin futbolçusu Andrey Lazarovdu. Başqalarının klubdan çıxmasına yardım etməyə çalışan futbolçu özü dəm qazından zəhərlənib. “Şkupi”nin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“Dərin ağrı və kədər hissi ilə bildiririk ki, bu gecə Koçani şəhərində baş vermiş faciəvi yanğında ölənlər arasında futbolçumuz Andrey Lazarov da var. Qəhrəman Lazarov başqalarının yanan ərazidən qaçmasına kömək etmək üçün canını verdi. O, son ana qədər cəsarət və insanlıq nümayiş etdirib, başqalarının həyatını xilas etməyə çalışarkən dəm qazından zəhərlənib. Andreyin qəhrəmanlığı yaddaşımızda onun nəcib xarakterinin və böyük ürəyinin nümunəsi kimi əbədi qalacaq”.


Şəhər xəstəxanasının direktoru Kristina Serafimova brifinqdə jurnalistlərə bildirib ki, ölənlərin yaşı 14-27 arasındadı. Şimali Makedoniyada 7 günlük matəm elan olunub. Baş nazir Hristiyan Mitskoski həmvətənlərinə söz verib ki, faciə nəticəsində yaxınları və dostları həlak olanlara dəstək olmaq üçün əlindən gələni edəcək:

“Koçanidə baş vermiş dəhşətli faciə xəbərini dərin kədər hissi ilə aldım. Bu, bizim hamımız üçün çox kədərli və ağır gündü. Bu qədər gənc həyatın itkisi əvəzedilməzdi. Ailələrin, yaxınların və dostların ağrıları hədsizdi. Bu dərin hüzn anlarında düşüncələrimiz yaxınlarını itirənlərin yanındadı. Yaralıların tezliklə sağalmasını, ölənlərin ailələrinə bu ağlasığmaz itkinin öhdəsindən gəlmək üçün güc arzulayıram. Hökumət və mən əlimizdən gələni edəcəyik ki, heç olmasa, onların dərdini yüngülləşdirək, bu çətin günlərdə onlara kömək edək. Mən bütün səlahiyyətli orqanları - səhiyyə xidmətlərini, polisi, yerli hakimiyyət orqanlarını qurbanlara kömək etmək və onların ailələrini dəstəkləmək üçün təcili tədbirlər görməyə çağırıram”.


Andrey haqda daha nə bilirik? “Şkupi”yə keçməzdən əvvəl yerli “Rabotniçki” və “Tikveş”, Xorvatiyanın “Rudeş” və “Qoritsa” komandalarında oynayıb. O, Şimali Makedoniyanın gənclər yığmasına da çağrılıb. Lazarov cari mövsümdə bütün turnirlərdə 10 oyun keçirib və qol vurmayıb. Sonuncu dəfə martın 15-də “Pelister”lə oyunda meydana çıxmışdı. “Şkupi” 24 turdan sonra 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri