Icma.az
close
up
RU
Makedoniyalı İsgəndər və milçəklərdən xilas eliksiri

Makedoniyalı İsgəndər və milçəklərdən xilas eliksiri

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Eldəniz QULİYEV
Belə rəvayət edirlər ki, Makedoniyalı İsgəndər yol kənarında uzanmış bir xəstə görür, yaxınlaşıb soruşur:

- Sənə nə kömək edə bilərəm? Nə arzun, istəyin varsa, de, yerinə yetirim.
Xəstə cavab vermir.
İsgəndər bu dəfə amiranə səslə dillənir:
- Çəkinmə, de! Mən Makedoniyalı İsgəndərəm, dünyanın ən böyük sərkərdəsi. Ürəyin nə istəsə sənə verə bilərəm!..
Xəstə:
- Mümkünsə, canımı bu andır milçəklərdən qurtar, - deyə zarıyır, - lap təngə gətiriblər məni...
İsgəndər bir qədər fikirə gedir, sonra:
- Elə şey istə ki, icrası mümkün olsun, - deyir. - Bunu bacarmaram...
Xəstə azacıq dikəlib kinayə ilə:
- Adi milçəklərlə bacarmırsansa, sənin böyük sərkərdə olmağınnan nə fayda?.. - deyir.
Sözümün canı budur ki, indi biz neynəməliyik, yaxud daha nə etməliyik ki, canımıza daraşan həşərat-məmurlardan qurtulaq?
Düzdür, Makedoniyalı İsgəndər zamanından fərqli olaraq, günümüzdə həşərat və milçəkləri məhv etməkçün cürbəcür "dixlorofos"lar var. Hətta bu "dixlorofosların" çoxusu əyninə müxalifət qiyafəsi geyinib... Amma nə yazlq ki, bizim dövrdə adı Koroğlu, atası isə Həmzə olanlar çoxluq təşkil eləyir. İt yiyəsini tanımayan belə bir əndirabadi məkanda və belə bir mütəqəlqəl zamanda nə etmək olar ki?..
Gərdişi-dövran elə gətirib ki, biz, deputatı sələmçilik, məmuru gülənçilik, naziri düçmənçilik, polisi dilənçilik, digərləri isə digər-digər "çilik-çülük" olmuş bir məmləkətdə yaşamağa məhkum edilmişik... Atmilçəyi kimi üstümüzə hücum çəkib, həyatımızı göy əskiyə bükən təpəgöz məmur zümrəsindən necə qurtulub xilas olaq?.. Doğrudanmı bu, qeyri-mümkün olan bir zaddır?..
Bax, mən ölü, siz diri, bizdən savayı dünyanın harasında görünüb ki, koru gördüyünə görə, karı eşitdiyinə, lalı isə dediyinə görə həbs etsinlər... (?!). Köpəyoğlunun absurdu!..
Elə Kərəmi də bu yerdə ağlamaq tutur və adam az qalır var gücüylə bağırsın ki,:
Eheey! Ay cənab qanadlı dəvələr, siz nə hoqqa çıxarırsınız?! Bir dayanın, bir toxdayın, bir yan-yörənizə baxın, - əcnəbilər göydə balonlarla uçur ey!..
Bəli, məhz elə bu məqamda, məhz elə bu yerdə adam az qalır, "daş atıb başını tutsun" və haray qoparsın ki:
- Ehhheyy! Ay taxtabaş uşağı, niyə anlayıb dərk eləmirsiniz, niyə qanmırsız ki, HƏYAT - müvəqqəti MƏKAN, ömür isə - axıb gedən ZAMANdır. Və bunların hər ikisi gözlə qaş arasında əsirdilər...
Görəsən, bəzi insanlar nə səbəbə və hansı haqla zamanı da, məkanı, hətta ölümü belə zəhər tuluğuna çevirmək şakərinə tutulublar? Bu nadir (bəlkə də şeytani) "istedad" sahibləri hansı materialdan və hansı bətində yaranır axı?..
Ay başınıza dönüm, deyin görək, heç belə məmləkət olarmı? Heç belə gün-güzaran, belə xalq olarmı?.. Məmləkət əhali ağzına su alıb susduqca, öz taleyinə biganə yanaşaraq hər əzaba, hər haqsızlığa dözdükcə... hakimiyyət şirəyə gələn milçək kimi, daha çox sevinir, daha çox həvəslənir-nəfslənir. Bə nə bilmişdiz, camaatın mütiliyi, mağmınlığı, fil qulağına olan "platonik" sevgisi, habelə, özünə qazdığı xof səngəri və sairə və ilaxır genetik bədbəxtliklər özbaşına yaranmır ki!..
Bəzi-bəzi hüquq-mühafizə orqanları aqronoma çevrilib əhalinin başında turp əkir...
Kütləvi informasiya vasitələri camaatın başını qatır...
Yaltaq-yalaq politoloq-ekspertlər millətin başının altına yastıq qoyur...
Yalançı müxalifət vətəndaşların başını bişirir...
Səhiyyə və təhsil başbilənləri öz başını girləyir.
Məhkəmələr isə hamının başına məzhəkə oyunu açır...
Və bu "milçək yığını" əmindir ki, başlı-başına qalmış millətin başı boşdur!..Yəni nə istəsən edə bilərsən - heç kim etiraz-filan eləmiyəcək!..
"- Lap belə etiraz etsən nə olasıdı ki?.." - Bu, son zamanlar taleyi ilə barışmış bədbin insanların ən çox səsləndirdiyi cavababənzər sualdır... Ayrı-ayrılıqda hamı güman edir ki, o, təkdir, tənhadır. Və elə tək-tənha olduğunu zənn etdiyinə görə də ümidsizliyə qapılır. Bəli, biz günahın (əgər buna günah demək olarsa) özümüzdə, yəni hər birimizdə olduğunu həzm edə bilmirik. Çünki biz uzun müddət bir-birimizin arasında körpü əvəzinə divar tikmişik və qətiyyən bunun fərqində olmamışıq. Təbii ki, indi də, nəticə olaraq, "öz cəzandı, çək Balaş" - acı gerçəkliyilə üzbəsurət qalıb tunelin sonundakı işığı görə bilmirik...
Amma çarə var! Çıxış yolu, xilas eliksiri var, özü də bu, çox sadə bir yoldur:
Və bu YOL böyük yanğını söndürməkçün dimdiyində su daşıyan fədəkar quşcığaz fenomendir!
P.S. Yəqin, arif adamlar işarədən qandılar; çünki hər qəliz və mürəkkəb məsələnin məğzi, əslində, çox sadə olur!..

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Mart 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri