Icma.az
close
up
RU
Makedoniyalı İsgəndər Amerikalı Tramp... ABŞ prezidenti illərlə həll olunmamış münaqişələrin düyününü açdı

Makedoniyalı İsgəndər Amerikalı Tramp... ABŞ prezidenti illərlə həll olunmamış münaqişələrin düyününü açdı

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Pentaqonda çıxışı zamanı beynəlxalq münaqişələrin həllində öz rolunu təkrarlayıb və Ermənistanla Azərbaycan arasında qarşıdurmanı xatırladıb. "36 il keçdi. Dedilər ki, həll oluna bilməz, mən də dedim “mən həll edərəm”. Hər iki ölkənin liderlərinə zəng etdim. Azərbaycan lideri və o biri oğlan ( Paşinyan ) - onlar möhtəşəm idilər. Onlarla danışmağa başlayan kimi bildim ki, biz bu müharibəni həll edəcəyik. İndi onlar xoşbəxtdirlər. İndi onlar dostdurlar", - Tramp deyib.

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın 47-ci prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-ın Müdafiə Nazirliyinin adını dəyişərək "Müharibə Nazirliyi" qoydu və bundan sonra ilk dəfə olaraq ABŞ-ın Müdafiə Nazirliyi sistemində səkkiz yüzə yaxın generalı bir araya gətirdi: “ABŞ-ın Virciniya ştatındakı hərbi bazada bu generallar qarşısında çıxış edən Tramp, ikinci seçki dönəmindən sonra dünyadakı müharibə ocaqlarında sülh və əmin-amanlıq yaradılması fəaliyyətlərindən danışdı. Tramp Hindistan-Pakistan münasibətləri, Azərbaycan-Ermənistan münasibətləri və digər müharibə ocaqlarının yatırılmasından, bu prosesdə onun şəxsi səylərindən danışdı. Donald Tramp çıxışında müharibə ocaqlarının və dövlətlər arasında olan qarşıdurmanın sonlandırılmasında prezident kimi öz rolunu bir daha qeyd etdi”.

“Bildiyiniz kimi, BMT-nin 80 illik yubileyində cənab İlham Əliyev kifayət qədər konkret çıxış etdi. Prezident Azərbaycan-Ermənistan münasibətlərinin necə yaranmasından, Azərbaycan dövlətinin qəsbkar Ermənistan üzərindəki qələbəsindən danışdı. Biz dedik ki, müharibəni qazandıq və sülhlə əlaqədar şərtlərimizi Ermənistanı elan etdik. Bu da beş şərtdən ibarət idi. Cənab Prezident qeyd etdi ki, "biz üçüncü tərəfin iştirakı olmadan bu sülhə nail olduq". Ancaq Donald Trampın sayəsində bu iki dövlət arasında olan sülh sazişinin paraflanması prosesi baş verdi və sərhədləri birləşdirən yolun ABŞ tərəfindən öz öhdəliyinə götürülməsini vurğuladı"-deyə politoloq qeyd edib.

Yusif Bağırzadə bildirib ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həlli ilə əlaqədar iki tərəf müəyyən bir razılığa gəlmişdi, həll olunmamış sadəcə iki məsələ qalmışdı: “Biri Zəngəzur dəhlizində maneəsiz keçid söhbəti, digəri ATƏT-in buraxılması ilə əlaqədar məsələ idi. 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən görüşdə Azərbaycanla Ermənistan Donald Trampın iştirakı ilə bu məsələni də həll etdi.

Belə bir məsələ var. Çar Qordinin bir düyünü vardı. O düyünü heç kim aça bilmirdi. Amma Makedoniyalı İsgəndər gəlir, o düyünü kəsir, problemi həll edir. ABŞ prezidentinin çıxışından da göründüyü kimi, operativ və tərəflərə təsir imkanları geniş olduğuna görə bu münaqişə ocaqlarını Donald Tramp yatırdı. Bununla əlaqədar Trampın Nobel mükafatına gedən yolu açıq olacaq”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Oktyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri