Icma.az
close
up
RU
Makedoniyalı İsgəndər, filosof Diogen və... Avropa İttifaqı

Makedoniyalı İsgəndər, filosof Diogen və... Avropa İttifaqı

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Bu Avropa İttifaqı Azərbaycandan nə istəyir, anlamaq olmur. Ermənistanı dəstəkləmək istəyirsə, bunu niyə Azərbaycanın əleyhinə çevirməyə çalışır?! Başa düşmək çətindir.

Ya da yox, heç də çətin deyil: əvvəl Aİ bölgədə - Cənubi Qafqazda üstün təsiri olan Rusiya ilə rəqabət aparırdı. Bu, məlum və təbii idi. İndi Moskvanın bu regionda nüfuzu, təsiri çox əsaslı şəkildə azalıb. Bu dəfə bölgəyə Türkiyənin və ABŞ-ın təsiri artıb.

Əlbəttə, Aİ Türkiyəni Azərbaycanda zəiflədə bilməz. Gürcüstanda da buna hələ ki nail ola bilmir. İndi Aİ əsas rəqib kimi ABŞ-ı görür. Çünki ABŞ-ın Ermənistana təsiri sürətlə artır. Xüsusilə 8 avqust Vaşinqton görüşlərindən sonra.

Aİ Ermənistanla ABŞ arasında məlum Vaşinqton sənədlərinə qısqanclıqla yanaşır. Bunu dekabrın əvvəlində Aİ ilə Ermənistan arasında imzalanan tərəfdaşlığa dair strateji gündəlik də aydın göstərir.

Aİ bəyan edir ki, bölgədə sülhü dəstəkləyir. Amma açıq və dəqiq yazmır: kiminlə kim arasında sülhü dəstəkləyir. Vaşinqton razılaşmalarına istinad yoxdur. Sülh prosesindən danışarkən Azərbaycanın adı çəkilmir. Üstəlik özünün vasitəçilik rolunu təklif edir.

İki tərəf - Azərbaycan və Ermənistan artıq uzun müddətdir, vasitəçilərin xidmətinə ehtiyac olmadan, birbaşa danışıqlar aparır, problemli məsələləri özləri öz arasında həll etməyə çalışır. Bu dəmdə Aİ böyürdən çıxıb, əlavə problemlər yaradır, yaxud köhnə palan içi tökür. Sənəddəki "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsi bu deməkdir. Yaxud "qaçqınlar" ifadəsi. “Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” kimi provokativ ifadə, sadəcə, terminoloji janqlyorluq deyil, bölgədə sülh prosesinə badalaq vurmaq cəhdidir. Bu, həmin sənədə imza atmış Ermənistan hökumətinin sülhün və sabitliyin əldə edilməsindəki səmimiyyətini şübhə altına alır; Azərbaycanın və Ermənistanın xalqlarının maraqlarına ziddir.

Yaxud başqa bir müddəa: Aİ Beynəlxalq Məhkəmələrin qərarlarının tam və dərhal icra edilməsini tələbini irəli sürür. Təbii ki, Ermınistanın iddiaları əsasında Azərbaycana qarşı qərarlardan söhbət gedir. Brüsseldəki siyasətçilər otuz illik işğal, eləcə də, Ermənistanın törətmiş olduğu müharibə cinayətlərini, insanlıq əleyhinə cinayətləri görməməzliyə vurur. Hələ bu azmış kimi, həmin o cinayətləri törətdiyinə görə Bakıda mühakimə olunanları - Gəncəni bombalamaq əmrini vermiş Arayik Arutyunyanı və başqalarını azad etmək tələbini irəli sürür.

Bununla yanaşı "strateji gündəlik" Aİ-nin Ermənistandakı Mülki Müşahidə Missiyasını (əslində kəşfiyyat missiyası) dəstəkləyir. Yəni missiyası Azərbaycanla Ermənistan arasında normallaşma prosesini əngəlləmək olan bu, yumşaq desək, şübhəli struktur Ermənistanda saxlanılır. Ermənistan Aİ-ni öz sərhəd təhlükəsizliyi gündəliyinə daxil edir. Bu isə Azərbaycanla Ermənistan arasında başlanmış və davam edən birbaşa sülh prosesinə ziddir.

Bütün bunlardan sonra sual yaranır: bəs bəyan olunan bölgədə sülhü dəstələmək harda qaldı?!

Bu yerdə məşhur pritça lap yerinə düşür: Makedoniyalı İsgəndərin özünü küçədə günəşə verən filosof Diogenlə dialoqunu yəqin ki, xatırladınız. Fateh filosofa deyir:

- Sizin üçün nə edə bilərəm?

Filosof isə belə cavab verir:

- Kənara çəkil, günəş işığının qarşısını kəsmə.

İndi Brüsselin də sülh üçün tərəflərə köməyi yalnız bu ola bilər: aradan çəkilmək və mane olmamaq. Vəssalam.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri