“Makkabi Təl Əviv” azarkeşləri Avropa Liqasında “Aston Villa” ilə oyuna buraxılmayacaq
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Makkabi Təl-Əviv” azarkeşləri Avropa Liqasının 4-cü turunda “Aston Villa”ya qarşı keçiriləcək oyuna gələ bilməyəcəklər.
İdman.Biz bildirir ki, qarşılaşma noyabrın 6-da Birminhemdəki “Villa Park”da keçiriləcək.
“Bu gün günortadan sonra keçirilən iclasdan sonra Təhlükəslik üzrə məşvərət qrupu (SAG) kluba və UEFA-ya qonaqların azarkeşlərinin matça buraxılmayacağı barədə rəsmi məlumat verdi.
Vest Midlənds polisi “SAG”a stadiondan kənarda ictimai təhlükəsizliklə bağlı narahatlıqlar və həmin axşam potensial etirazları idarə edə bilməyəcəyi barədə məlumat verdi.
Klub matça gələn azarkeşlərin və yerli ictimaiyyətin təhlükəsizliyini nəzərə alaraq bu proses boyu “Makkabi Təl-Əviv”lə və yerli hakimiyyət orqanları ilə daimi dialoq aparır”, - İngiltərə klubunun rəsmi saytında bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Oktyabr 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















