16 manat tibbi sığorta Kimlər nə zamandan etibarən cərimə olunacaq?
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliklərə əsasən, bu ildən etibarən qeyri-formal məşğulluqla məşğul olan şəxslər hər ay 16 manat məbləğində sığorta haqqı ödəyəcəklər. Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.
Maliyyə naziri Sahil Babayev açıqlamasında bildirmişdi ki, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Maraqlı məqam isə budur ki, artıq yanvar ayının ortası olmasına baxmayaraq hələ də tibbi sığorta ödəməyən şəxslərə qoyulacaq cərimələrlə bağlı dəqiq açıqlama verilməyib. Çoxları soruşur ki, tibbi sığorta məbləğini ödəmədiyi halda məhkəməyə verilə, yaxud ölkədən çıxışına qadağa qoyula bilərmi?
Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Lent.az-a açıqlamasında bildirib ki, yanvarın ayının sonuna qədər məsələnin dəqiq detalları açıqlanacaq:
“Tibbi sığorta məbləğini kimlərin ödəyib, kimlərin ödəməyəcəyi ilə bağlı hələ dəqiq məlumatımız yoxdur, biz də hökumətdən cavab gözləyirik. İşləməyən şəxs anlayışı bir qədər genişdir, əgər vətəndaşın heç bir qazanc yeri yoxdursa, təbii ki, onun sığorta haqqı dövlət büdcəsindən ödənilməlidir. Cərimələr qeyri-formal formada çalışan, vergi ödəməyən, sığortadan yayınan şəxslərə tətbiq oluna bilər. Ötən ilin sonunda, qanun qəbul olunanda hökumətdən bildirildi ki, yanvar ayı ərzində qərarla bağlı detallar müəyyənləşəcək və ictimaiyyətə açıqlanacaq. Ona görə də ayın sonuna qədər gözləyək, indidən nə isə dəqiq bir fikir demək çətindir”.
Qeyd edək ki, tibbi sığorta ödənişi il ərzində 192 manat təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 16 Yanvar 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















