Icma.az
close
up
RU
Makqreqora döyüşməyi təklif etdi

Makqreqora döyüşməyi təklif etdi

Icma.az bildirir, Olke.az portalına istinadən.

Əfsanəvi bosçu Mayk Taysonu məğlub edən bloger Ceyk Poll irlandiyalı qarışıq döyüş sənətçisi Konor Makqreqora döyüşməyi təklif edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Hörmətli Konor, bilirəm ki, komandama mənimlə orta çəkidə döyüşəcəyini söyləmisən. Bu heç vaxt baş verməyəcək. Ancaq gəlin MMA döyüşü keçirək. Çəki kateqoriyası olmadan - əvvəllər olduğu kimi. Amma sən istəmirsən”, - Poll qeyd edib.

Xatırladaq ki, Ceyk Poll noyabrın 16-da rinqdə M. Taysonu məğlub edib. 8 raund davam edən görüş C.Pollun 79:73 hesablı qələbəsi ilə bitib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri