Icma.az
close
up
RU
Makron arvadına kişi dediyi üçün jurnalisti məhkəməyə verdi

Makron arvadına kişi dediyi üçün jurnalisti məhkəməyə verdi

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Briqit Makron ABŞ-da sağçı mövqeyi ilə tanınan jurnalist Candace Owens-i böhtan xarakterli iddialara görə məhkəməyə veriblər.

AzPost xəbər verir ki, Delaver ştatında qaldırılan iddiada Makron cütlüyü Owens-in “şöhrət qazanmaq və maddi gəlir əldə etmək məqsədilə” onlara qarşı sistematik şəkildə yalan və təhqiramiz iddialar yaydığını bildirir.

Candace Owens 2024-cü ildə verdiyi açıqlamada Briqit Makronun “əslində kişi olduğunu” iddia etmiş və bu iddiasını səkkiz bölümdən ibarət “Becoming Brigitte” adlı podkast seriyası vasitəsilə davam etdirmişdi. Həmçinin, Owens Makron cütlüyünün qohum olduqlarını, Makronun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən idarə olunan proqram çərçivəsində prezident seçildiyini və onların müxtəlif saxtakarlıqlarla bu “sirləri” gizlətdiklərini də iddia edib.

İddia sənədlərində göstərilir ki, bu kampaniya Makron cütlüyünə qarşı “qlobal səviyyədə alçaldıcı, təhqiredici və reputasiya zədələyici hücuma” çevrilib. Onlar bu səbəbdən “əhəmiyyətli məbləğdə hüquqi xərclər” çəkdiklərini də bildiriblər.

Makronların hüquqi müdafiəsi Clare Locke hüquq şirkəti tərəfindən həyata keçirilir. Şirkət daha əvvəl ABŞ-da Fox News kanalına qarşı irəli sürülən və nəticədə milyonlarla dollarlıq razılaşma ilə yekunlaşan diffamasiya işini də udmuşdu.

Candace Owens tərəfi isə bu məhkəmə iddiasına sərt reaksiya verib. Jurnalistin sözçüsü məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu, xarici bir hökumətin ABŞ vətəndaşı olan jurnalistin söz azadlığına qarşı təzyiq cəhdidir. Candace Owens Brigitte Makrona bir neçə dəfə müsahibə üçün müraciət edib. Cavab əvəzinə, o, məhkəmə ilə susdurulmağa çalışılır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri