Icma.az
close
up
RU
Makron, Avropanı təhdid edən İran rejiminin mövqeyini dəstəkləmək üçün ikibaşlı açıqlamalar verir

Makron, Avropanı təhdid edən İran rejiminin mövqeyini dəstəkləmək üçün ikibaşlı açıqlamalar verir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“İran rejimi aldadıcı diplomatik metodlardan istifadə edərək, vaxt qazanmaq istəyə bilər. Buna imkan verilməyəcək. Çünki bu illər ərzində, yəni 2003-cü ildən bəri nüvə fəaliyyətləri ilə bağlı İran rejimi hər kəsi aldadıb. Baxmayaraq ki, hərbi məqsədli nüvə fəaliyyətlərini genişləndirib, amma hər zaman deyib ki, “bu, hərbi məqsəd daşımır”. Bu gün görürük ki, Fransa ortaya çıxıb və Emanuel Makron açıqlamalarında qeyd edir ki, “guya İran rejiminə sərt mövqe tutmalıdır”. Makron bildirir ki, İran rejimi bir neçə istiqamətdə Avropanı təhdid edir. Biri rejimin təhlükəli nüvə fəaliyyətləri və planlarıdır. Digər təhdid istiqaməti, İranın uzaqmənzilli raketlərin üzərində çalışması və İran rejiminin Ukrayna savaşına müdaxilə etməsidir”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Sadiq İsabəylinin fikrincə, Makron bununla da qeyd etmək istədi ki, İran rejimi nüvə fəaliyyətlərini ciddi bir həddə çatdırıb.

Sadiq İsabəyli“Üzdə görünür ki, Emmanuel Makron Donald Tramp və onun komandası ilə paralel hərəkət etməyə, o komandaya yaxın olmağa çalışır. Amma onlar İran rejiminə mesaj verməyə çalışır ki, “sənin mövcudluğunun, yəni bu molla hakimiyyətinin mövcudluğunun əsas səbəbi Fransadır və Fransa ancaq səni bu vəziyyətdə qurtara bilər”. Əgər Emmanuel Makron deyirsə ki, “İran rejiminin nüvə fəaliyyətləri geridönülməz bir nöqtəyə gəlib çatıb”, prezident bununla bir növ gücün İranın əlində olması məsələsini ortaya qoymuş olur və demək istəyir ki, “əgər İsrail və ABŞ İran rejiminə hərbi müdaxilə edərlərsə, İran rejimi əlində olan nüvə bombasından istifadə edərək bölgəni və Avropanı böyük təhlükələrlə üz-üzə qoya bilər. Bu səbəbdən də, burada məsələni sərtləşdirir ki, İran rejimi üçün diplomatik çıxış yolu açsın”-deyən Sadiq İsabəyli vurğulayıb ki, hər zaman Fransa və Emanuel Makron İran rejiminin mövqeyini dəstəkləmək üçün ikibaşlı açıqlamalar verib.

“Yadınızdadırsa, hətta bu rejimin daxilində baş verən kütləvi etirazları sakitləşdirmək üçün Fransa onun harayına çatdı. Xaricdə özünə “opozision” deyən bu rejimin alternativi kimi gündəmə gətirən irançı qrupların hamısını Fransaya topladı, Emanuel Makron onlarla görüş keçirdi və dolayısı ilə İran rejiminə dedi ki, “sən narahat olma, sənin müxaliflərin mənim əlimin içindədir və imkan vermərəm ki, başqa siyasi qüvvələr və yaxud dövlətlər sənə qarşı olan müxaliflərdən sənə qarşı alternativ formalaşdırsın”. İran rejimi də çox rahat şəkildə kütləvi etirazda iştirak edən etirazçıların öldürülməsində, onların həbsxanalarda işgəncələrə məruz qalması üçün əlindən gələni etdi.

Digər tərəfdən də, biz gördük ki, İran rejimi Azərbaycana basqısını artırdı və Zəngəzur məsələsində hələ də basqısını davam etdirir. Erməni quldur, terror dəstələrini dəstəklədi və çalışdı ki, Azərbaycana təzyiq etsin. Bu da Fransanın İran rejimindən istədiyi fəaliyyət idi. İran rejimi deyir ki, “mən də onun müqabilində bunları sənin üçün edə bilərəm”. Bu səbəbdən İran və Azərbaycan münasibətlərində Fransanın rolundan danışanda bu məsələləri danışırıq. Fransa İranla bağlı hər hansı bir sərt bəyanat verərkən çalışır ki, bu bəyanatlar adı altında rejimə imkan yaratsın və rejim sərt müdaxilələrdən qorunsun. Əgər Tramp hakimiyyəti İran rejiminin nüvə fəaliyyətləri ilə bağlı, bölgədə törətdiyi terrorla bağlı sərt müdaxilə edərsə, bunun qarşısını Fransa bir şəkildə almağa çalışacaq. Hər zaman da bu istiqamətdə hərəkət edib. Baxmayaraq ki, İran rejiminə qarşı bir çox qətnamələr qəbul olunub və sanksiyalar tətbiq edilib, biz görürük ki, Bayden dövründə bütün bu sanksiyalar ləğv olunmadan yumşaldıldı və İran rejiminə şərait yaratdılar ki, çox rahat şəkildə öz neftini satsın, çox rahat şəkildə siyasi-iqtisadi fəaliyyətlərini müxtəlif ölkələrlə bərpa etsin”-deyən Sadiq İsabəyli bildirib ki, Donald Trampın komandası sərt mövqedən çıxış edirsə, bunun həyata keçirilməsi çox önəmlidir və imkan vermək olmaz ki, Fransa bir sıra Avropa dövlətlərini də yanına alsın, İran rejiminin həyata keçirdiyi fəaliyyətləri yenə də görməzdən gəlsin.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri