Icma.az
close
up
RU
Elm və təhsil komitəsinin sədrindən 8 saatlıq iş rejimi ilə bağlı AÇIQLAMA: Müəllim buna narazı ola bilməz

Elm və təhsil komitəsinin sədrindən 8 saatlıq iş rejimi ilə bağlı AÇIQLAMA: Müəllim buna narazı ola bilməz

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mən həm də Ali Attestasiya Komissiyasında Ekspert Şurasının sədriyəm. Ədalətliyəm. Amma məni dərdə gətirən nədir? Çünki bütün hücumlar oradır: Ekspert Şurası buraxmır, mövzu təsdiq olunanda düz təsdiq olunmur, elmi rəhbər işə baxmır, müzakirədə heç kim oxumur, müdafiədə opponent oxumur, rəy verir. Bütün bunlar formal keçir, gəlir Ekspert Şurasına. Anar İsgəndərov da nə deyib? “Filankəs, 10 dəqiqə ərzində öz işinlə bağlı məlumat ver: problemin aktuallığı, problemin öyrənilmə səviyyəsi, problemin elmi yeniliyi və gəldiyin nəticə".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bu gün Sosial Tədqiqatlar Mərkəzində "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı qeyd edib.

O, sual etdi ki, bir insan 10 dəqiqə o tribunadan çıxış edə bilmirsə, Ali Attestasiya Komissiyası ittiham oluna bilərmi?

"Elə dövlət başçısı da qələbəmizin dörd şərtini göstərəndə, ikinci şərti nə idi? Qarabağ probleminin dünyaya çatdırılması. Sən gərək savad sahibi olasan ki, elmi tədqiqatların ola ki, sən gərək dünyaya çatdırasan ki, bu Qarabağ mənimdir, bu Qarabağ vaxtilə işğal olunmuşdur, işğal olunmuş ərazini də geri alırıq. Mən niyə bu problemləri burada bölüşdüm? Elm və təhsil hamının evində var. Yeganə təşkilatdır ki, hamı elm və təhsillə bağlı fikir söyləyə bilir. Doğru da söyləyir, yalan da söyləyir" - deyən Anar İsgəndərov elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin 8 saatlıq iş rejiminə keçidlə bağlı açıqlamasına da toxundu:

"Hər gün yüz sual olur ki, Anar müəllim, necə ola bilər ki, saat hesabı dərs olmasın? Olur. Niyə olmur? Axı bu müəllimin əməkhaqqını qaldırmaq saat hesabı ilə olmur da, alınmır. Bir saata nə qədər pul verilməlidir? Ancaq müəllim səhər saat 9-dan tutaq ki, 4-ə, 5-ə qədər məktəbə gələndə, onun da əməkhaqqı normal ola bilər, artıq o müəllim də narazı ola bilməz. Bax, bu gün pilot layihə kimi, əgər 2027-ci ilə sürüləcəksə, bu, Azərbaycanın dövlət başçısının elm və təhsilə verdiyi qiymətdir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see266

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri