Makron iğtişaşçılara qarşı sərt tədbirlər vəd etdi
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edib.
Gununsesi.info “Le Monde” qəzetinə istinadən xəbər verir ki, Makron qırğınlarda iştirak edənləri məsuliyyətə cəlb edəcəyinə və mağazaların talan edilməsində və binaların dağıdılmasında iştirak edənlərdən təzminat tələb edəcəyinə söz verib.
Eyni zamanda, o,vətəndaşların yaşayış xərclərinin və yanacaq qiymətlərinin artması ilə bağlı narahatlıqlarının əsaslı olduğunu etiraf edib.
Makron deyib: “Dağıdanlar cəzasını çəkməlidir. Talan edənlər dəymiş ziyanı ödəməlidirlər. Respublikanın təməllərini sarsıtmağa cəhd edənlər hərəkətlərinə görə məsuliyyət daşıyacaqlar”.
Eyni zamanda, prezident dinc etirazçıları iğtişaşçılarla səhv salmamağa çağırıb. Onun sözlərinə görə, hakimiyyət orqanları vətəndaşların tələblərini nəzərə almalı və ictimai asayişin qorunmasını təmin etməlidir.
Makron yanacaq qiymətlərinin artmasını Fransanın iştirak etmədiyi Fars körfəzindəki münaqişənin nəticələri ilə əlaqələndirib. O, Fransanın yanacaq və qaz təchizatını təmin etmək məqsədi ilə beynəlxalq danışıqları davam etdirəcəyini və Fars körfəzi ölkələrinə səfər edəcəyini açıqlayıb.
Prezident həmçinin gənclərin gələcəyin qeyri-müəyyənliyi, yaşayış və təhsil şəraiti, peşə seçimi və cəmiyyətdəki yerləri ilə bağlı dərin narahatlıq keçirdiklərini deyib: “Hakimiyyət orqanları gənclərin problemlərinin ciddiliyini nəzərə alaraq onları dinləməlidir. Orta məktəb şagirdləri, müəllimlər, həmkarlar ittifaqları, işəgötürənlər və yerli seçilmiş nümayəndələrlə müzakirələrə başlayacam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 Oktyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















