Icma.az
close
up
RU
Makron: İstefa verməyəcəm

Makron: İstefa verməyəcəm

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransada prezident Emmanuel Makronun vəzifəsindən uzaqlaşdırılması prosesinə başlanılıb. Buna səbəb isə baş nazir Fransua Bayrunun kabinetinin mümkün istefası ehtimalı və Makronun reytinqinin həddən aşağı olması ilə bağlıdır. 
Ölkə.az xəbər verir ki, Fransanın müxalifət partiyası "France Unbreakable"ın prezident Makronun vəzifədən uzaqlaşdırılması prosesinə başlayacağı açıqlanıb.
“Le Figaro”nun məlumatına görə, prezident Makron Almaniya kansleri Fridrix Merz ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında sentyabrın 8-də Fransa parlamentində baş nazir Bayrunun kabinetinə mümkün etimadsızlıq səsverməsi və gələn ilin büdcəsinin qəbulu ilə bağlı çətinliklərə toxunub. "Baş nazir plan təklif edir, ondan sonra biz texniki müzakirələrə keçməliyik", - Makron bildirib.
Özünün istefa məsələsinə gəldikdə Makron deyib: "Mənə gəlincə, xalq məni mandata seçdi, onun müddətini başa çatdırmaq niyyətindəyəm".
 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri