Makron Rusiyanın mövqeyini qəbul edə bilər Medvedev
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makron barədə diqqətçəkən açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, Medvedev Makronun ABŞ Prezidenti Donald Tramp tərəfindən ələ salınmasından sonra emosional reaksiya verdiyini iddia edib.
Onun sözlərinə görə, Makron ABŞ-nin İrandakı əməliyyatını faydasız avantüra adlandırmaqla bir neçə düzgün fikir səsləndirib. Medvedev əlavə edib ki, Trampın təzyiqləri davam edərsə, Fransa lideri növbəti mərhələdə Rusiyanın Ukrayna məsələsində haqlı olduğunu da qəbul edə bilər.
Qeyd olunur ki, daha əvvəl Tramp NATO ölkələri ilə münasibətləri şərh edərkən Makron haqqında istehzalı fikirlər səsləndirib. O, Fransa liderinin ailə münasibətləri ilə bağlı da zarafat edib.
Makron isə öz növbəsində bu cür açıqlamaları qeyri-zərif və yolverilməz adlandırıb. O bildirib ki, bu tip fikirlərə cavab vermək niyyətində deyil və diqqətin İran ətrafında gərginliyin azaldılmasına və danışıqlara yönəldilməsinin vacib olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Aprel 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















