“Makron və Stramer Trampı razı salmağa çalışır” Fransa və Britaniya nəyi müzakirə edəcək? AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniya və Fransa ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya yardımı kəsməsinə mane olmaq istəyir.
“AzPolitika” xəbər verir ki, “The Telegraph”-ın yazdığına görə, bu gün Böyük Britaniyanın Baş naziri Key Starmerlə Fransa Prezidenti Emmanuel Makron görüşəcək və onlar Trampı Ukraynaya dəstəklə bağlı razı salmaq üçün cəhd etməyi planlaşdırırlar.
Qeyd olunur ki, Makron və Starmer ABŞ-nin hazırkı lideri Co Baydeni Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə “Storm Shadow” raketləri atmağa icazə verməyə inandırmağın mümkün olub-olmadığını da müzakirə edəcəklər. Xüsusən də London nəhayət müvafiq qərarın veriləcəyinə ümid edir.
Nəşrə danışan mənbə əlavə edib ki, Baydenin Ağ Evi tərk etməzdən əvvəl “kranları açacağı” və Kiyevə böyük maliyyə yardımları edəcəyi gözlənilir.
Bundan əlavə, Starmer və Makronun Trampın prezidentliyinin Yaxın Şərq üçün nəticələrini və Avropa ilə ticarət müharibəsi ehtimalını müzakirə edəcəyi bildirilir.
“AzPoliotika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 11 Noyabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















