Mask Böyük Britaniya baş nazirinin vəzifədən getməsinə çalışır AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Amerikalı milyarder İlon Mask "sağ yönümlü müttəfiqləri" ilə Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifədən uzaqlaşdırılması imkanını şəxsi qaydada müzakirə edir.
“Report” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
"Mask müttəfiqləri ilə qanuna əsasən 15 avqust 2029-cu ildən gec olmayaraq keçirilməli olan növbəti ümumi seçkilərə qədər Kir Starmeri Britaniyanın Baş naziri vəzifəsindən necə uzaqlaşdırılacağını şəxsi qaydada müzakirə edir", - məlumatda bildirilib.
Nəşrin məlumatına görə, sahibkar alternativ siyasi hərəkatların, xüsusilə də Britaniyanın sağçı populist “Reform UK” partiyasının köməyi ilə növbəti seçkilərə qədər Britaniya baş nazirinin dəyişdirilməsi ehtimalını qiymətləndirməyə çalışır. Mənbələrə görə, o həmçinin “Reform UK”nin rəhbərliyinin dəyişdirilməsinə necə nail oluna biləcəyini anlamağa çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















