Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

Yuxusuz gecədən sonra bunu edin

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Sirli” Makron

“Sirli” Makron

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron ilk prezidentlik dönəminin əvvəlindən uğursuzluq zolağındadır. Onun bütün istiqamətlərdə həyata keçirdiyi siyasət iflasa uğrayıb. Bu gün Fransada açıq şəkildə etiraf olunur ki, Makron ölkənin rəmzi olmaq şərəfini itirib. Daxili və xarici siyasətdəki uğursuzluqlar, parlamentdə impiçmentinə cəhdlər göstərilməsi, cəmiyyətin onu iqnor etməsi, müxtəlif görüşlərdə insanların ünvanına nalayiq sözlər söyləmələri, sifətinə sillə vurmaları, tez-tez yumurta atəşinə “qonaq” edilməsi, gözlənildiyi kimi, Yelisey Sarayının sahibində özünəinam hissini azaldıb və müəyyən komplekslər yaradıb.

Prezidentin aşırı paranoikliyi

 Artıq Makronun aşırı paranoikliyi də geniş müzakirə mövzusuna çevrilib. Onun publikadan çəkindiyi və ya qorxduğu açıq şəkildə hiss olunur. Makronun hədsiz dərəcədə paranoikliyi, qapalı həyat tərzi keçirməyə üstünlük verdiyi hər addımda hiss olunur. O, özünü hər vəchlə hamıdan gizlətməyə çalışır. Bu barədə Fransada məşhur olan “Le Monde” nəşri ayrıca məqalə dərc edib. Məqalədən sitat: “Bu gün yaxın adamlarının ölkə prezidentini təsvir etmək üçün işlətdikləri sözlər bunlardır: “Hiper qapalı”, “son dərəcə paranoik”, “sirli”.

Nəşr Makronun paranoikliyə gedə yolda iki hadisədən “dərs” aldığına diqqət çəkir. “2014-cü ildə Fransua Ollandın  (sabiq prezident - red.) Parisin 8-ci rayonunda skuter sürərkən aktrisa Julie Gayet ilə gizli görüşməyə hazırlaşdığı zaman o, birinci sırada idi. Yelisey Sarayının baş katibinin müavini kimi Emmanuel Makron partlayışı içəridən izləyib. Onun öyrəndiyi dərs - Fransua Ollandın diqqətli və ya kifayət qədər qorunmamasıdır”, - deyə məqalədə vurğulanıb.

Makronun öz ətrafında məxfilik aurası yaratmaq ehtiyacını gücləndirən başqa bir hadisə, 2017-ci il seçki kampaniyası zamanı baş verib. Həmin ərəfədə  o vaxt iddia edildiyi kimi, “rus hakerləri” tərəfindən Makronun komandasına kiberhücumlar olub, e-poçt ünvanları sındırılıb. Bundan sonra, seçki kampaniyasının qızğın vaxtında internetə 20 min e-poçt sızdırılıb. Bu, onun seçkidə qalib gəlməsinə mane olmasa da, sızıntının ardınca arvadı Bricit ilə münasibətinə edilən hücumlardan Makron çox əziyyət çəkib.

Aldığı bu iki “dərs” Makronun həyatını dəyişib. O vaxtdan bəri Yelisey Sarayında həyat həmişəkindən daha qapalı olub. Ollandla baş verən qalmaqalı nəzərə alan Makron şəxsi səfərlərdən yayınmağa çalışır və bir qayda olaraq, ancaq Fransa paytaxtının VI, VII və XV rayonlarındakı adi restoranlara gedir, orda həmişə zalın sonunda, arxası divara söykənərək, mühafizəçilərin əhatəsində yer seçir.

Təbii ki, Makrona hakim kəsilən paranoik sindromunun təzahürləri həmçinin onun dövlət başçısı kimi apardığı siyasətdə də bu və ya digər dərəcədə təzahür edir. Belə ki, bir sıra hallarda Makron hətta komandası üçün belə “sürpriz” sayılacaq qərarlar verir. Bu qərarlar, bir qayda olaraq, ən son məqamlarda açıqlanır.

Makron ətrafında qurulan informasiya blokadası

Makron xarici auditoriyalar qarşısında çıxışlarında həmişə ölkəsinin demokratik ənənələrindən geniş bəhs edir. Ancaq hər şeydən göründüyü kimi, bugünkü Fransa demokratiyadan çox uzaqlaşıb ki, burada da Makronun şəxsi “töhfələri” böyükdür. Artıq Makronun özünü ölkə qanunlarının fövqündə qoyması adi hala çevrilib. Prezidentin Konstitusiyanın ayrı-ayrı müddəalarından sui-istifadə etməklə təkbaşına mühüm qərarlar verdiyi hər kəsə bəlidir. Makron bu yolla pensiya “islahatlarına” rəvac verib. Prezident bir qədər bundan  əvvəl parlamentin yeni formalaşan tərkibini nəzərə almadan Mişel Barnyeni Baş nazir təyin etdi və onun formalaşdırdı hökumətin də ömrü cəmi üç ay oldu. Bütövlükdə, təkbaşına verilən belə absurd qərarların siyahısı çox uzundur. Müşahidə edilən odur ki, Makron hakimiyyəti bir əldə cəmləşdirməyə çalışır. Onun aldığı qərarlar isə  bir qatyda olaraq cddi ictimai qınaqla qarşılanır və etirazlara səbəb olur. Ölkə uzun müddətdir ki, paytaxtda və regionlarda baş verən permanent etiraz aksiyaları ilə çalxalanır.

Makron həmçinin öz personası ətrafında informasiya blokadası qurub. Nəşrin məlumatında da vurğulandığı kimi, o, hakimiyyətə gəldikdən sonra sızmasından ehtiyat edərək, hərəkətləri ilə bağlı məlumatların Daxili İşlər Nazirliyinə ötürülməsini məhdudlaşdırıb. Yelisey Sarayında keçirilən qapalı görüşlərdə belə prezident ətraflı açıqlamalardan yayınır.

Bundan başqa, prezident administrasiyasının keçmiş və indiki əməkdaşları Makronu narahat edən araşdırmalar aparan media və ya jurnalistləri gözdən salmağa çalışırlar. “Le Monde” yazır ki, rəsmi şəxslər sosial şəbəkələrdə media təmsilçilərinə qarşı mütəşəkkil kampaniyalar aparırlar. Prezidentin imicini qoruyan onun ofisinin rəhbəri Patris Fordur (2024-cü ilin yanvarından). O, Makrona qarşı bütün şayiələr və təhdidlərə nəzarət etmək üçün müntəzəm olaraq prezidentin təhlükəsizlik departamentini toplayır. Prezident isə mütəmadi olaraq onun və ya arvadı haqqında şayiələr yayan hər kəsi və ya məsələn, Marsel yaxınlığında tətildə olarkən onu izləyən paparassiləri məhkəməyə verməyə çalışır. Media materiallarının “düzgün təqdimatına” nəzarət 77 yaşlı Mişel Marçana həvalə edilib. Təbii ki, media materiallarının “düzgün təqdimatı” dedikdə ilk növbədə Makronun diktəsi ilə Yelisey Sarayının müəyyənləşdirdiyi sərt qaydalar nəzərdə tutulur.

MÜBARİZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Dekabr 2024 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see315

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see286

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see284

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see279

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see231

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see227

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see221

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see219

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see211

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see209

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see202

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see199

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see195

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see192

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see187

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see184

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see176

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see176

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri