Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Paris, 11 oktyabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makronun deputat Priska Teveno barədə irqçi məzmun daşıdığı iddia edilən ifadə işlətməsi ölkənin siyasi gündəmində müzakirələrə səbəb olub. Hakim düşərgənin bir sıra deputatları Yelisey sarayından məsələ ilə bağlı açıqlama verməyi və yayılan məlumatı təcili təkzib etməyi tələb ediblər.
AZƏRTAC xəbər verir ki, yerli mediada yayılan məlumatlara əsasən, “L’Infiltré” nəşri hadisənin şahidinə istinadən Emmanuel Makronun televiziyada Priska Tevenonun çıxışını izləyərkən onu “la Paki” adlandırdığını iddia edib. Pakistandan olan insanlara qarşı alçaldıcı ifadə kimi işlədilən bu söz irqçi məna daşıdığı üçün tənqidlərə səbəb olub.
Hökumətin keçmiş sözçüsü, hazırda deputat olan və Qabriel Attala yaxınlığı ilə tanınan Priska Teveno 2027-ci il prezident seçkilərinə hazırlıq çərçivəsində sabiq baş nazirin kampaniyasını dəstəkləyir.
Qabriel Attalın seçki kampaniyasının sözçüsü, deputat Violet Spillebu “X” sosial şəbəkəsində məsələ ilə bağlı mövqeyini açıqlayıb. O, belə ifadələrin həqiqətən işlədildiyinə inanmaq istəmədiyini deyərək, Yelisey sarayını məlumatı dərhal təkzib etməyə çağırıb. Deputat irqçilik, antisemitizm və ayrı-seçkiliyə qarşı prinsipial mövqe nümayiş etdirməyin vacibliyini vurğulayıb.
“L’Infiltré” nəşrinin “Europe 1” radiosu tərəfindən də işıqlandırılan məlumatlarında Emmanuel Makronla Qabriel Attal arasında gərginliyin artdığı da qeyd olunur. İddialara görə, Fransa Prezidenti və onun ətrafı Attalın 2027-ci il prezident seçkilərinə hazırlığı çərçivəsində başlatdığı “Min bistro” təşəbbüsünü istehzalı şəkildə şərh ediblər. Makronun televiziya kanallarını izləyərkən bu təşəbbüslə bağlı dəfələrlə istehza etdiyi bildirilir.
Beləliklə, qalmaqal yalnız Priska Teveno haqqında səsləndirildiyi iddia olunan ifadə ilə məhdudlaşmır, həm də Emmanuel Makronla onun keçmiş Baş naziri Qabriel Attal arasındakı münasibətlər ətrafında müzakirələri yenidən gündəmə gətirir.
Qeyd edək ki, Priska Teveno haqqında iddia edilən ifadə hələlik “L’Infiltré” nəşrinin yaydığı və “Europe 1” radiosunun işıqlandırdığı məlumatlara əsaslanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:250
Bu xəbər 11 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















