Icma.az
close
up
RU
Makrondan “U” dönüşü Bakı ilə bundan sonra...

Makrondan “U” dönüşü Bakı ilə bundan sonra...

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev oktyabrın 2-də Kopenhagendə fransalı həmkarı Emmanuel Makronla görüşdü. “Bakı-Xəbər” qeyd edir ki, görüş qarşı tərəfin müraciəti əsasında baş tutub. Fransa lideri sülh gündəliyi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İlham Əliyev hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Belə görünür ki, Makron Cənubi Qafqaz və Azərbaycan siyasətini korrektə etməyə başlayıb. Çünki yanlışlarını artıq anladıqları hiss olunur. Azərbaycanla pis münasibətlər üzərində Cənubi Qafqazda möhkəm mövqe qurmaq mümkün deyil. Bunu Fransa Prezidenti də dərk etməyə başlayıb.

Doğrudur, Makron prezident seçiləndən sonra İkinci Qarabağ müharibəsi və sonrakı aylarda Azərbaycan əleyhinə açıqlamalar verilib, qərarlar qəbul olunub. Azərbaycana qarşı addımlar atılıb, Parisdə Azərbaycan səfirliyinə hücum edilib, Xurşudbanu Natəvanın heykəlinə zərər yetirilib. Bundan sonra münasibətlər son dərəcə gərginləşmişdi.

Amma son aylarda sanki Makron siyasətini həqiqətən korrektə etməyə başlayıb. Bir neçə konfransda İlham Əliyevə yaxınlaşıb və budəfəki görüş də yəqin ki, Makronun istəyi ilə baş tutub.

Güman etmək olarmı ki, Fransa hakimiyyəti Azərbaycanla əlaqələrə yenidən baxacaq və iki ölkə arasında münasibətlər müharibədən əvvəlki səviyyədə olacaq?

 Azər Badamov

Deputat Azər Badamov “Yeni Müsavat”a dedi ki, 2 oktyabrda Kopenhagendə prezident Emmanuel Makronun Prezident İlham Əliyevlə görüşə təşəbbüs göstərməsi yaratdığmız reallıqların Fransa tərəfindən qəbul olunmasıdır: “Makron 8 avqustda Vaşinqtonda əldə olunmuş sülh gündəliyi münasibətilə dövlət başçımızı təbrik etdi və onlar ikitərəfli əməkdaşlıq ətrafında fikir mübadiləsi apardılar. Makron bir daha əmin oldu ki, Prezident İlham Əliyevin mövqeyi dəyişilməzdir. O cümlədən ölkəmizə qarşı qərəzli siyasətin yürüdülməsı Fransa üçün yaxşı heç nə vermədi. Bu baxımdan Fransa prezidentinin Prezident İlham Əliyevlə görüşməyə təşəbbüs göstərməsi və səmimi görüşməsi Azərbaycan-Fransa münasibətlərində yeni bir səhifə açacaq”.

Deputat bildirdi ki, dünyada reallıqlar dəyişir: “Makron görür ki, keçmiş Bayden administrasiyası dövründə tarixin minimumuna düşmüş ABŞ-Azərbaycan münasibətlərində də yeni bir səhifə açılıb. Donald Tramp Prezident İlham Əliyevi böyük lider və əziz dost adlandırır. Belə olan halda Makronun Azərbaycana qarşı 

 qarayaxmalara davam etməsi gülünc olar. Həm də Makron fikirləşir ki, son 5 ildə Azərbaycana qarşı qərəzli qətnamələri və qərarları qəbul etdirməyə çalışması onlara heç nə vermədi. Əksinə, özlərinin daxili siyasətində ziddiyyətlərin artmasına səbəb oldu. Belə ki, Azərbaycanın bütün addımları beynəlxalq hüquqa, qarşılıqlı hörmət və faydaya əsaslanır. Ona görə də Makron erməni diasporunun sifarişi ilə ölkəmizə qarşı ikili standartlardan yanaşılmış çirkin planlarının ayaq tutub yerimədiyinin şahidi oldu. İndi isə yeni dövr və yeni reallıqlar yaranıb. Cənubi Qafqaza sülh və əməkdaşlıq gəlməkdədir”.

A.Badamov vurğuladı ki, regionda sülh və təhlükəsizliyin möhkəmlənməsi böyük bir coğrafiyaya fayda gətirəcək: “O cümlədən Fransa da Asiya ilə iqtisadi əməkdaşlığı Azərbaycan üzərindən qura biləcək”.

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Fransanın artıq üçtərəfli razılaşmanı dəstəkləmək məcburiyyətində qaldığını söylədi: “Makron başa düşür ki, Azərbaycan dövləti və ya Prezident İlham Əliyevlə təhdid dili ilə danışmaq, təzyiqlə nəyəsə nail olmaq qeyri-mümkündür. Dünyada Ermənistanın ən güclü diasporası məhz Fransada yerləşir. Makronun təbriki onu deməyə əsas verir ki, Fransa Amerikada baş tutmuş üçtərəfli razılaşmanı dəstəkləyir. Bununla da Makron həmçinin Trampa da göstərmək istəyir ki, sizin sülh çağırışınıza Fransa da dəstək verir. Əlbəttə, biz Fransanın ədalətli mövqe sərgiləməsini arzulayırıq. Fransa Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. Azərbaycana qarşı qərəzli və haqsız yanaşması səbəbindən Fransa ilə münasibətlər gərginləşib. Pis münasibəti Azərbaycana Fransa yaradıb. Öz fəaliyyətində dəyişiklik edərsə, təbii ki, Azərbaycan bunu müsbət qarşılayar. Azərbaycan hər zaman dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə qarşılıqlı dostluq siyasətinə üstünlük verib, ikitərəfli əlaqələrin, səmimi münasibətlərin olmasında maraqlı olub. Fransa bu siyasəti qəbul etməlidir. Ermənistanı həqiqətən dəstəkləyirlərsə, Azərbaycanla sülh şəraitində yaşamağı düşünməlidilər. Kommunikasiyaların qurulmasına dəstək verməlidilər. Unutmamalıdırlar ki, heç bir müharibə xalqlara xoşbəxtlik gətirmir. Bütün müharibələr və münaqişələr sülhlə bitir. Fransa bu sülhün əldə olunmasında səmimi şəkildə iştirak etməlidir. Bu cür olarsa, Azərbaycanla Fransa arasında münasibətlər əvvəlki vəziyyətinə qayıda bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri