Makronun qalmaqallı sammiti Avropa liderləri arasında narazılığa səbəb oldu Financial Times yazır
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Hurriyyet.az xəbər verir ki, "Financial Times" (FP) nəşrinin yazdığına görə, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsüylə Ukrayna məsələsi ilə əlaqədar fevralın 17-də Parisdə keçirilən qeyri-formal sammit zamanı Avropa liderləri arasında narazılıq baş verib.
Qəzet yazır: "Təcili görüş zamanı Ukraynaya hərbçi göndərmək məsələsinin müzakirəsi zamanı Avropa ölkələrinin liderləri arasında münaqişə baş verib. İclasın məqsədi isə ABŞ Prezidenti Donald Trampın Rusiya tərəfi ilə sülh danışıqlarına cavab olaraq, Avropa liderlərinin vahid mövqeyini nümayiş etdirmək idi".
Məqalədə qeyd edilir ki, Almaniya, İtaliya, Polşa və İspaniya öz silahlı qüvvələrinin Ukraynaya göndərilməsinin əleyhinə çıxış ediblər.
Qeyd edək ki, İtaliyanın Baş naziri Giorgia Meloni Avropa liderlərinin Parisdə keçirilən qeyri-formal sammitinin “anti-Tramp” məzmunlu olduğunu və Brüsselin Aİ-nin 27 üzv ölkəsi üçün birgə qərarlar qəbul etmək üçün yeganə yer olduğunu deyib.
Meloni danışıqların başlanmasından 1 saat sonra iclasa gedib. İtaliyanın Baş naziri sammitlə əlaqədar açıqlamasında deyib: "Görüşlər anti-Tramp formatında baş tuta bilməz. Birləşmiş Ştatlar sülhə nail olmağa çalışır, bizim də oynamalı olduğumuz rol var".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















