“Financial Times”: Avropa liderləri Ukraynaya qoşun yerləşdirilməsi imkanını müzakirə edəcəklər
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Avropa liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşündə əsas diqqət Ukraynada gələcək atəşkəs xəttinin arxasında “dəstək” rolunu oynayacaq qoşunların mümkün yerləşdirməsi məsələsinə yönələcək.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Almaniya Ukraynaya “sülhməramlı qüvvələr” göndərilməsi ideyasına ehtiyatla yanaşır.
Avropa İttifaqına üzv ölkələrin liderləri Parisdə keçiriləcək görüşdə, həmçinin ABŞ-ın iştirakından asılı olmayaraq, Avropanın müdafiə qabiliyyətini təmin etmək üçün konkret planları müzakirə edəcəklər. Nəşr qeyd edib ki, Avropa İttifaqı Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üzrə ABŞ və Rusiya arasında danışıqlara təcili reaksiya verməyə çalışır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində, xarici hərbi kontingentlərin Ukraynada yerləşdirilməsinin son dərəcə mənfi nəticələrə səbəb olacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















