Icma.az
close
up
RU
Makronun xanımı əslində kişi imiş? Qərar verilib...

Makronun xanımı əslində kişi imiş? Qərar verilib...

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brigitte Makron uzun illərdir sosial şəbəkələrdə və bəzi media orqanlarında hədəf alınır. Onun guya “kişi olaraq dünyaya gəldiyi” və “Jean-Michel Trogneux” adlı şəxs olduğu barədə yayılan konspirasiya nəzəriyyəsi bu dəfə məhkəmə divarları arasına daşındı. Bu qalmaqallı iddia təkcə Fransa daxilində deyil, ABŞ-dəki bəzi sağçı dairələrdə də dəstəkləndi və yayıldı.

Amma Paris Apellyasiya Məhkəməsi bu qalmaqalla bağlı son nöqtəni qoydu.

“Bricit Makron kişi doğulub” iddiasını tirajlayan jurnalistlər  Nataşa Rey və Amandin Roy Fransa qanunlarına əsasən şəxsiyyətə böhtan və yalan məlumat yaymaqda təqsirləndirilirdi. İlk instansiya məhkəməsi onları cərimələmişdi. Lakin iyulun 10-da Paris Apellyasiya Məhkəməsi hər iki jurnalisti bəraətə çıxardı.
Məhkəmə açıqlamasında qeyd edildi ki, jurnalistlərin yazdıqları “şəxsi düşmənçilik və ya zərər yetirmək məqsədi ilə” deyil, “ictimai müzakirəyə açıq olan mövzu üzərində tədqiqat” kimi qiymətləndirilib.


Bəs iddiaların kökü haradan qaynaqlanır?


Sfera.az bildirir ki, bu nəzəriyyənin kökləri 2017-ci ildə – Emmanuel Makron prezident seçildikdən sonra sosial şəbəkələrdə yayılmağa başlayıb. Bir sıra sənədlər və fotolar ilə Bricit Makronun əslində kişi doğulduğu və sonradan cinsiyyət dəyişdirdiyi iddia edilib.


Sosial mediada “Jean-Michel Trogneux” adı ilə yayılan bu iddialar bir müddət sonra Kandans Ouns, Maykl Flain kimi sağçı fiqurlar tərəfindən də dəstəkləndi. Hətta bəzi populyar YouTube kanalları və Telegram qruplarında bu məsələ “dövlət səviyyəsində gizlədilən həqiqət” kimi təqdim olunmağa başladı.
Brigitte Makron isə bu iddiaları qətiyyətlə rədd edib və 2022-ci ildə rəsmi şəkildə məhkəməyə müraciət edib.

Bricit Makron kimdir?


Bricit Makron (qızlıq soyadı Trogneux) 13 aprel 1953-cü ildə Fransanın Amiens şəhərində varlı bir şokolad istehsalçısı ailəsində anadan olub. O, uzun illər fransız dili və ədəbiyyatı müəllimi kimi çalışıb. İlk evliliyindən, bankir Andr-Louis Auzière ilə nikahından 3 övladı var: Sebastian, Laurens və Tifani. Hətta böyük övladı Sebastian Makrondan da yaşca böyükdür.


Emmanuel Makronla tanışlığı isə həm maraqlı, həm də mübahisəli hekayədir. Onlar ilk dəfə 1993-cü ildə Makron 15 yaşında olarkən tanış olublar. O vaxt Bricit 39 yaşında və lisey müəllimi idi. Emmanuel məktəbin teatr klubunda iştirak edirdi və Brigitte-in qızı Laurence-in sinif yoldaşı idi.

Makron bir gün Bricitə deyib:

“Mən sizinlə evlənəcəyəm.”

Bu sözlər, o dövr üçün sadəcə şagirdin müəlliminə duyduğu simpatiya kimi görünüb. Lakin münasibət ciddiləşəndə, Makronun valideynləri onun Parisə köçürülməsinə qərar veriblər. Ailəsi narazı olub və bu münasibəti dayandırmaq istəyib. Emmanuel isə qərarından dönməyib. İllər sonra yenidən Bricitlə münasibətə davam ediblər. Bricit isə öz tərəfinin də maneələrlə üzləşdiyini belə təsvir edir:


“Bu münasibətin baş verməsi üçün çox şey itirdim. Amma qazandığım sevgi idi”.


Bricit 2006-cı ildə birinci ərindən boşanır və 2007-ci ildə Emmanuel Makronla evlənir. Beləliklə, Makron 29 yaşında, Bricit isə 54 yaşında nikaha daxil olurlar.
Cütlük arasında 24 yaş fərqi olmasına baxmayaraq, onlar bu məsələni problem olaraq görmürlər. Emmanuel Makron bir müsahibəsində deyib:

“Əgər kişi özündən 25 yaş kiçik qadınla evlənsəydi, bu heç kimə qəribə gəlməzdi. Elə isə niyə bu vəziyyətdə bu qədər səs-küy yaranır?”

Bricit Makron da medianın “cougar” (gənc kişi ilə münasibət quran yaşlı qadın) təyinatına qarşı çıxaraq münasibətlərinin “sevgi və dostluq üzərində qurulduğunu” bildirir.


Xanım Makron sosial mediada tez-tez “əxlaqsız”, “süni”, “qoca” kimi təhqiramiz ifadələrlə də hədəfə alınır. Onun geyimi, görünüşü və jestləri belə zaman-zaman tənqid edilir.

2025-ci ilin mayında Vyetnam səfəri zamanı çəkilən bir görüntü – Bricitin Emmanuel Makronun yanağını yüngülcə itələməsi Fransada gündəm olmuşdu. Bəziləri bunu “Makron ailəsində gərginlik” kimi təqdim etsə də, prezident özü bunu belə şərh etmişdi:

“Bu sadəcə zarafat idi. Evimizdəki münasibətlər heç kimə bənzəmir”.


Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri