Icma.az
close
up
RU
Maksim Medvedev Elvin Cəfərquliyev və Abbas Hüseynovun dönüşünə eyham vurdu

Maksim Medvedev Elvin Cəfərquliyev və Abbas Hüseynovun dönüşünə eyham vurdu

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elvin və Abbas əsas komandaya qayıtmaq üçün fərdi şəkildə əlavə hazırlıq keçirlər.

İdman.Biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev əsas komandadan uzaqlaşdırılan futbolçular – Elvin Cəfərquliyev və Abbas Hüseynovun hazırkı durumu ilə bağlı danışarkən deyib.

O, hər iki futbolçunun əvəzedici komandada məşqlərini davam etdirdiyini bildirib: “Hazırda həm Elvin Cəfərquliyev, həm də Abbas Hüseynov komandamdadır. Baş verənləri müzakirə etmişik və onları başa düşürəm. Belə hallarda futbolçuları birbaşa tənqid etmək düzgün olmaz. Hər bir insan səhv edə bilər. Görünür ki, müəyyən səbəblər olub və buna görə baş məşqçi Qurban Qurbanov onları əsas komandadan uzaqlaşdırıb. Ola bilsin ki, bu hadisə həm Elvin, həm də Abbas üçün müəyyən nəticələr çıxarmağa səbəb olacaq. Onlar peşəkar və tanınmış futbolçulardır. Bu cür halların baş verməsi idman ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Heç kim belə vəziyyətin yaranmasını istəməzdi və hazırda futbolçular bunun məsuliyyətini daşıyırlar”.

Baş məşqçi futbolçuların fiziki durumunun qorunması üçün əlavə tədbirlər görüldüyünü də vurğulayıb: “Çalışırıq ki, formalarını itirməsinlər. Bunun üçün əlavə məşqlər də keçirik. Onlar da vəziyyəti düzgün qiymətləndirir və əsas komandaya qayıtmaq üçün hazır olmağa çalışırlar. Hətta məşqlərdən sonra fərdi şəkildə əlavə hazırlıq keçirlər. Hazırda U-20 millisinə görə Əvəzedicilər Liqasında fasilə yaranıb. Fasilə dövründə futbolçuların oyun praktikasını qoruması çox vacibdir. Əgər fasilə başa çatanadək komandada qalsalar, onları oyunlara cəlb etməyi planlaşdırırıq. Məqsəd futbolçuların oyun praktikasını itirməməsidir. Qarşıda vacib matçlar var və istəyirik ki, əsas komandaya qayıtdıqda hazır vəziyyətdə olsunlar”.

M.Medvedev futbolçuların əsas komandaya dönüşünün baş məşqçi Qurban Qurbanovun qərarından asılı olduğunu söyləyib: “Onların hansı müddətə əvəzedici komandada çıxış edəcəkləri hələlik məlum deyil. Bu məsələ tamamilə baş məşqçinin qərarından asılıdır. Hesab edirəm ki, müəyyən müddətdən sonra baş verənlər müzakirə olunaraq futbolçuların bağışlanması mümkündür. Biz də futbolçu olduğumuz dövrdə səhvlər etmişik və cəzalar almışıq”.

“Qarabağ”ın və Azərbaycan millisinin keçmiş futbolçusu Qurban Qurbanovla bu məsələ ilə bağlı hələlik birbaşa müzakirə aparılmadığını diqqətə çatdırıb: “Hazırda onun diqqəti çempionat oyunlarına yönəlib. Bununla belə, köməkçi məşqçilərlə daim əlaqədəyik, futbolçuların durumu, statistikası və davranışları barədə onlara məlumat verirəm”.

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqlarına görə əsas komandadan uzaqlaşdırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Aprel 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri