Elvin Cəfərquliyev və Abbas Hüseynovun yeni klubu bəlli oldu
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ”ın əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyev və Abbas Hüseynovla bağlı yeni məlumat yayılıb.
Ölkə.Az xəbər verir ki, E.Cəfərquliyev "Neftçi"yə A.Hüseynov isə "Şəfa"ya keçə bilər.
Bir çox idman səhifələri Emil Cəfərova istinadən bildirib ki, mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitən Cəfərquliyev "ağ-qaralar"la 670.000 manat qarşılığında razılıq əldə edib.
Onun sözlərinə görə, əslində müdafiəçi ilə “Qarabağ” arasında mübahisənin kökündə bu dayanır.
Bundan başqa forvar.az saytının yaydığı məlumata görə, 31 yaşlı Abbas Hüseynovun “Şəfa”ya keçidi gündəmdədir. Tərəflər arasında aparılan danışıqlar müsbət məcrada yekunlaşıb və ilkin şifahi razılaşma əldə olunub.
"Şəfa" hazırda Birinci Liqada 52 xalla turnir cədvəlinin lideridir və böyük ölçüdə Premyer Liqaya vəsiqəni təmin edib. Bu transfer baş tutarsa, klub Ağdam təmsilçisinə heç bir ödəniş etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:303
Bu xəbər 24 Aprel 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















