Icma.az
close
up
RU
Maksim Qorkinin qudası, AXC nin agenti, Stalinin sağ əli

Maksim Qorkinin qudası, AXC nin agenti, Stalinin sağ əli

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

SSRİ-nin dövlət və siyasi xadimi, Dövlət Təhlükəsizliyi Komissarı, Siyasi Büronun üzvü, Sovet İttifaqı Marşalı Laverenti Beriya sovet tarixinin ən qaranlıq adamlarından hesab olunur.  

Sovet tiranı İosif Stalinə yaxın insanlardan biri olub. Stalinin tapşırığı ilə bir sıra vacib sahələrə, o cümlədən nüvə silahının yaradılmasına rəhbərlik edib. Stalinin vəfatından bir qədər sonra casuslauqda və hakimiyyəti ələ keçirməkdə ittiham edilərək həbs edilib. 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin Xüsusi Heyətinin qərarı ilə güllələnib.

Azpost.info Beriya haqqında 11 faktı oxuculara təqdim edir:

1. 1945-ci ilin avqustunda Beriya nüvə enerjisi məsələlərinə nəzarət etməyə başlayıb. Birinci prioritet atom silahının  yaradılması idi. Onun qarşısına uranın zənginləşdirilməsinə nail olmaq üçün beynəlxalq kəşfiyyatdan tutmuş daxili infrastrukturunun qurulması və planın həyata keçirilməsi layihəyəsinə qədər tapşırıqlar qoyulmuşdu. Düz dörd il sonra sovet atom silahı Semipalatinsk poliqonunda sınaqdan uğurla keçdi.

2. Beriya Çelyabinsk vilayətinin qapalı şəhərlərindən birinə səfər edərkən, sürücü maşında yatır, kimsə onun avtomobilindən Beriyanın paltosunu oğurlayıb. O illərin şahidlərinin sözlərinə görə, Beriyanın əynindəki nimdaş, “cırıq plaş” olub. Ancaq görünür, kiməsə lazım olub. Bununla bağlı araşdırmaların aparılmadığı deyilir.

3. Beriyanın anasının qızlıq soyadı Jakelidir. Cənubi Gürcüstanın qədim knyaz süləlsi ilə oxşar ada malikdir. Ancaq bəzi ifadələrə görə, Marta Jakeli başqa bir knyaz sülaləsi – Meqreliya hökmdarları olan Dadiani ilə qohum olub. Marta meqrellilərdən idi.

4. Pavel və Marta kiçik yaşlarından oğulları Lavrentinin biliyə meylli olduğunu və inkişafa can atdığını görüblər. Ona təhsil vermək üçün ailə evin yarısını satmalı olublar.

5. Beriyanın tərcümeyi-halında bu günə kimi fərqli fikirlər yaradan  epizod var.  20 yaşlı Beriya 1918-ci ildən 1920-ci ilə  qədər mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əks-kəşfiyyatında xidmət edib. Beriyanın özü bunun partiyanın göstərişi ilə olduğunu desə də, bəzi tarixçilər bunun onun şəxsi təşəbbüsü olduğunu deyirlər. Yeri gəlmişkən, həbsindən sonra ona qarşı ittihamlarda bu epizod onun yadına düşüb. Beriyanın məhkəmədə söylədiyi sözlər sitat gətirilir: “Uzun müddət müsavatçıların əksinqilabi kəşfiyyatında xidmətimi gizlətmişəm. Bununla belə, bildirirəm ki, orada xidmət edərkən də heç bir zərərli iş görməmişəm”.

6. Beriyanın oğlu Maksim Qorkinin nəvəsi ilə evlənmişdi. Evlilikdən üç uşaq dünyaya gəlib. Lakin Marfa Peşkova xəyanətlərinə görə Serqodan boşanıb.

7. 1939-cu ildə Beriya istənilən səviyyədə olan əcnəbilərlə hansı məqsədlə qurulmasından asılı olmayaraq əlaqəsi olan hər kəsin ciddi uçotunun  aparılmasını əmr edib. Hətta digər ölkələrdəki həmkarları ilə marka mübadiləsi aparan filateliya klubunun üzvləri də nəzarət altına alınıb.

8. Beriya yeddi il NKVD-nin rəhbəri olub. QULAQ-da (həbs düşərgələrində) əksinqilabi cinayətlərə görə məhbusların sayı ilə bağlı statistika belədir: 1934-cü ildən 1938-ci ilə qədər onların sayı 150 mindən 454 minə yüksəlib. 1938-ci ilin dekabrında Beriya öz vəzifəyə təyin edilib. 1939-cu ildən 1945-ci ilə qədər bu rəqəm 333 minə düşüb.  Bəziləri onu qanlı manyak, bəziləri humanist  hesab edir.

9. Beriyanın Eteri adlı qeyri-qanuni qızı da var idi. Siyasi Büro üzvü Qrişinin oğlu ilə evlli olub. Eteri Lavrenti Pavloviçin məşuqəsi olan Valentina Drozdovadan doğulub. Drozdova sonra məhkəmədə onun əleyhinə çıxış edərək, qorxuduğna görə, Beriya ilə birgə yaşadığını deyib. Maraqlı bir fakt budur ki, Beriyanın edamından sonra Drozdovanın həyatında daha iki qeyri-rəsmi ər də olub: Onlar da iqtisadi cinayətlərə görə güllələniblər. Onlardan biri  sovet “qara bazar”nın məşhur ismi, möhtəkir Yan Rokotov idi.

10. Beriyanın oğlu atasının həmişə evdə gecələdiyini deyib. Səhər saat 6-da bütün ailəni gimnastika və soyuq duş üçün qaldırırmış.  O, voleybol oynamağı çox sevib. Lavrenty Pavloviç alman və ingilis dillərini bilirdi, bu dillərdə ədəbiyyatı orijinalda oxuyurdu. O, tənlikləri, ikiqat və üçlü inteqralları dərhal həll etməyi bacarırdı.

Beriyanın evi daim qonaq-qaralı olurdu. Hətta evdə şam yeməyinə belə nadir hallarda tək gəlirdi. Stalinin də gəlmək ehtimalı olduğu üçün “Xalqalr atası”na həmişə bir ayrı otaq hazır saxlanılırdı.

11. Belə bir versiya var ki, Beriya ələ keçirilən zaman öldürülüb. Sonrakı məhkəmə isə səhnələşdirmə və imitasiya olub. Burada əsas arqument ondan ibarətdir ki, Beriyanın həbsindən sonra bir dənə də olsun fotoşəkili, dindirilməsinin bir dənə də audio yazısı yoxdur.

Azpost.info

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Aprel 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri