Icma.az
close
up
RU
Maksimum bal yarışı: Abituriyentləri buna nə məcbur edir?

Maksimum bal yarışı: Abituriyentləri buna nə məcbur edir?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imkanları geniş olsa da, abituriyentlərin yüksək bal toplamaq uğrunda apardıqları rəqabət arzuladıqları ixtisaslara qəbul olmaq istəyindən irəli gəlir.

Bunu təhsil eksperti Ramin Nurəliyev Modern.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda 200 balla da ali məktəbə qəbul olmaq mümkündür. Lakin əsas məsələ universitetə qəbul olmaq deyil, məhz istənilən ixtisasda təhsil almaqdır.

"Bu gün ali təhsil müəssisələrinə qəbul əlçatandır. Ancaq aşağı bal toplayan abituriyentin seçim imkanları məhdudlaşır. Ona görə də gənclər yüksək bal toplamağa çalışırlar ki, həm seçim imkanları geniş olsun, həm də arzuladıqları ixtisasa qəbul ola bilsinlər", – deyə o bildirib.

Ekspert qeyd edib ki, xüsusilə süni intellekt, kompüter elmləri və digər prestijli ixtisaslarda rəqabət daha yüksəkdir. Aşağı bal toplayan abituriyentlər isə çox vaxt istəmədikləri ixtisasları seçməyə məcbur qalırlar.

"Bu da sonradan həmin ixtisas üzrə peşəkar kadr kimi formalaşmalarına mane olur. Əmək bazarında öz yerlərini tapa bilməyən bəzi məzunlar fərqli sahələrdə – marketlərdə, restoranlarda və digər xidmət sahələrində işləməyə məcbur qalırlar", – R.Nurəliyev vurğulayıb.

Onun fikrincə, qəbul sistemindəki yüksək rəqabət valideynləri də erkən yaşlardan övladlarını repetitor yanına göndərməyə vadar edir.

"Valideyn düşünür ki, uşaq aşağı bal toplasa, ya ümumiyyətlə qəbul ola bilməyəcək, ya da arzuladığı ixtisası qazana bilməyəcək. Bu səbəbdən bəzi ailələr uşaqları aşağı siniflərdən hazırlığa yönləndirirlər", – ekspert deyib.

Ramin Nurəliyev hesab edir ki, qəbul sistemində müəyyən sadələşdirmələrə ehtiyac var. O bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində ali məktəbə qəbul nisbətən asan, universiteti bitirmək isə daha çətindir.

"Bizdə isə əksinədir. Abituriyent beş-altı fəndən bütün proqramı mənimsəməlidir. Bu, həm ağır yükdür, həm də gənclərdə ciddi stress yaradır. Səhər məktəbə gedən şagird günortadan sonra hazırlıq kurslarına və ya repetitor yanına gedir. Onun bütün günü dərslə keçir", – o qeyd edib.

Ekspert qəbul proqramında fənlərin və ya mövzuların sayının azaldılmasını təklif edib.

"Qəbul proqramı daha çevik olmalıdır. Ya imtahan verilən fənlərin sayı azaldılmalı, ya da mövzular məhdudlaşdırılmalıdır. Bu, həm abituriyentlərin, həm də valideynlərin üzərindəki psixoloji yükü azaldar", – R.Nurəliyev bildirib.

O, yüksək bal toplamaq tendensiyasının əsas səbəbinin sosial şəbəkələr və ya cəmiyyətin gözləntiləri deyil, qəbul sistemindəki rəqabət olduğunu vurğulayıb.

"Əsas səbəb qəbul sisteminin çətinliyidir. Rəqabət nə qədər yüksəkdirsə, abituriyent də bir o qədər yüksək nəticə əldə etməyə çalışır. Sosial şəbəkələrin təsiri isə ondan necə istifadə olunmasından asılıdır. Onu düzgün məqsədlə istifadə edənlər fayda görür, vaxt itkisinə çevirənlər isə uğur qazanmaqda çətinlik çəkirlər", – deyə ekspert əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri