Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Mal qara azalır, ət bahalaşır AÇIQLAMA

Mal qara azalır, ət bahalaşır AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin iyul ayının 1-i vəziyyətinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 431,4 min baş olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 min baş və ya 0,9% azdır.

İribuynuzlu mal-qaranın 1 milyon 211 min başını inək və camışlar təşkil edib. Bu da illik müqayisədə 9,2 min baş və ya 0,8% daha azdır. Hesabat dövründə ölkədəki qoyun və keçilərin sayı 6 milyon 850,6 min baş olub. Ötən ilin iyul ayının 1-i vəziyyətinə bu rəqəm 6 milyon 886,5 min idi. Beləliklə, illik azalma 35,9 min baş və ya 0,5% olub.

Bəs iribuynuzlu heyvanların azalmasına nə səbəb olur və heyvandarlığın artması üçün hansı tədbirlər görülməlidir?

İqtisadçı Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkədə saxlanılan xırdabuynuzlu heyvanların sayının azalmasının bir sıra səbəbləri var:

“Bu səbəblər arasında əsas məsələ təbii otlaq sahələrinin azalmasıdır. Təbii otlaq sahələrinin azalmasının isə iki əsas səbəbi mövcuddur.

Birincisi, əkinçilik və bitkiçilik məqsədilə ərazilərin hasarlanmasıdır. Yəni müxtəlif səbəblərdən heyvandarlıqla məşğul olan şəxslər heyvanlarını əvvəlki kimi boş ərazilərdə otlada bilmirlər. Ərazilər əkinçilik məqsədilə hasarlanır və bu da otlaq sahələrinin məhdudlaşmasına səbəb olur. İkinci səbəb isə torpaqların şoranlaşmasıdır. Torpağın şoranlaşması nəticəsində təbii otlaq sahələrinin bir hissəsi yararsız vəziyyətə düşür. Digər mühüm məqam bu sahə ilə məşğul olan insanların sayının azalmasıdır. Təbii ki, bu amillər bir-biri ilə bağlıdır. Müasir texnologiyalar və urbanizasiya prosesi gəncləri daha çox şəhərlərə, xüsusilə paytaxta və xarici ölkələrə üz tutmağa sövq edir. Kənddə qalıb heyvandarlıqla məşğul olmaq istəyənlərin sayı getdikcə azalır”.

İqtisadçı əlavə etdi ki, otlaq sahələri azaldıqca qış mövsümündə ot bağlamalarına ehtiyac artır:

“Ot bağlamalarının qiyməti xeyli bahalaşıb, onların daşınması da əlavə xərc yaradır. Bu baxımdan, heyvandarlıqla məşğul olmağın maya dəyəri yüksəlib. Xüsusilə fərdi ev təsərrüfatları üçün bu, artıq dözülməsi çətin olan bir həddə çatıb. Çünki ev təsərrüfatları aylarla, hətta illərlə heyvanı bəsləyib satışa çıxarana qədər bu prosesi maliyyələşdirmək üçün kifayət qədər vəsaitə malik olmur. Bu səbəbdən xırda təsərrüfatların uzunmüddətli investisiya qoymaq imkanları məhduddur. Digər tərəfdən, heyvanların saxlanılmasında istifadə olunan intensiv yemlərin qiyməti də pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Hazır yemlərin bahalaşması, eləcə də heyvandarlıqla bağlı inzibati və digər xərclərin yüksəlməsi ümumi maya dəyərini artırır”.

Onun sözlərinə görə, xərclərin artması isə qiymətlərin bahalaşmasına səbəb olur:

“Qiymət artdıqca idxal daha sərfəli hala gəlir. Məsələn, əvvəllər qoyun ətinin qiyməti 12-13 manat olduğu dövrdə xaricdən idxal iqtisadi baxımdan o qədər də cəlbedici deyildi. Amma qiymət 20-21 manata yüksəldikdən sonra diri qoyun idxalı daha səmərəli olub. Deməli, ölkəyə diri qoyun idxalının artmasının əsas səbəbi istehsal xərclərinin yüksəlməsi nəticəsində daxili bazarda qiymətlərin artmasıdır. Burada təklif amilini də nəzərə almaq lazımdır. Saxlanılan heyvanların sayı azaldığı üçün təklif də azalır. Paralel olaraq, insanların gəlirləri artdıqca ətə tələbat da yüksəlir. Rəsmi statistikaya əsasən, son illərdə ət kəsiminin həcmi orta hesabla 20-25 faiz artıb. Yəni həm tələbatın yüksəlməsi, həm də istehsal xərclərinin artması bazarda qiymətlərə təsir göstərir. Ətə tələbat artdıqca qiymətlər də yüksəlir. Qiymət artımının digər əsas səbəbi isə məhz istehsal xərclərinin bahalaşmasıdır.

Nəticə etibarilə, yüksək tələbat fonunda saxlanılan heyvanların sayı azalır. Çünki istehlak artır, bu sahəyə yeni yatırım etmək və heyvandarlıqla məşğul olmaq istəyənlərin sayı isə əvvəlki illərlə müqayisədə getdikcə azalır. Bu proses həm yerli heyvandarlığın ümumi istehlakdakı payını azaldır, həm də idxalı stimullaşdırır”.

Müsahibimiz əlavə etdi ki, xüsusilə Şərqi Zəngəzur və Qarabağın tədricən iqtisadi dövriyyəyə qaytarılması, həmin ərazilərdə yaşayışın genişlənməsi və gediş-gəliş imkanlarının artması kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradacaq:

“Çünki həmin bölgələrdə geniş otlaq sahələri mövcuddur. Lakin mina təhlükəsi bu ərazilərin hələlik tam gücü ilə ölkənin kənd təsərrüfatına cəlb edilməsinə imkan vermir. Digər tərəfdən, qiymətlərin artması xırdabuynuzlu heyvandarlığa marağı da artıra bilər. Ev təsərrüfatları bu sahəni yenidən gəlirli fəaliyyət növü kimi qiymətləndirərək heyvandarlığa qayıda bilərlər. Çünki qiymətlərin həddindən artıq aşağı olması da istehsalçılar üçün sərfəli deyil. Bu sahə ilə məşğul olanlar qazanc əldə etməlidirlər. İnflyasiya fonunda yaşayış xərcləri artır, heyvandarlıq isə həm riskli, həm də zəhmətli sahədir. Buna görə də ev təsərrüfatları xərclərini ödəmək və gəlir əldə etmək üçün məhsullarını daha münasib qiymətə satmaq istəyirlər. Beləliklə, həm qiymətlərin iqtisadi cəhətdən stimullaşdırıcı səviyyədə olması, həm də Qarabağ və Şərqi Zəngəzurun daha intensiv şəkildə kənd təsərrüfatı dövriyyəsinə qaytarılması ölkədə heyvandarlığın inkişafına ciddi təkan verə bilər”.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyul 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri