Icma.az
close
up
RU
Ət bahalaşacaq AÇIQLAMA

Ət bahalaşacaq AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biləsuvar rayonunda yerləşən heyvan bazarı yenidən fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, bazar ərazisi asfaltlanıb. Giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Bununla bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, bazarların açılamsı ətin qiymətinə təsir etməyəcək:
“Əksinə ətin qiyməti mərhələli şəkildə bahalaşacaq. Fermer baha sata bilirsə, niyə ucuz satsın ki? Bu, borcu deyil axı. Əgər mal bazarda satılırsa və tələbat varsa, o mal orada satılmalıdır. Hamının imkanı yoxdur ki, istədiyi vaxt ət alsın. Eyni zamanda iqtisadiyyatda xərclər artır. Ətin ucuzlaşması yalnız o halda mümkün ola bilər ki, saxlanılan heyvanların sayı kəskin artsın. Amma ölkədə hazırda heyvanların sayında azalma müşahidə olunur. Bu səbəbdən də qiymətlərin aşağı düşməsi real görünmür. Heyvan saxlamaq risklidir, xəstəlik ehtimalı çoxdur. Saxlanma xərcləri də az deyil. Tələbat mövcud olduğu müddətdə və bu risklər qalmaqda davam etdikcə, qiymətlərin düşməsi yox, əksinə, bahalaşması daha realdır”.
Heyvan bazarlarının bu cür müasir standartlarla yenidən qurulması sıravi istehlakçı üçün ilk növbədə qida təhlükəsizliyi deməkdir. Asfaltlanmış ərazi, dezbaryerlər və xüsusi baytarlıq izolyatorlarının olması bazara daxil olan xəstə heyvanların qarşısının alınmasına xidmət edir. Bu isə o deməkdir ki, vətəndaşın süfrəsinə gələn ətin mənşəyi və sağlamlığına nəzarət daha da güclənir, yoluxucu xəstəliklərin yayılma riski minimuma enir. Alıcı artıq daha təmiz və sanitar normalara cavab verən mühitdən heyvan ala biləcək, lakin iqtisadi baxımdan bu yeniliklərin ətin qiymətində bir ucuzlaşma yaratmayacağını, əksinə keyfiyyətli xidmət və artan xərclər fonunda qiymətin stabil qalacağını və ya arta biləcəyini nəzərə almalıdır.
Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri