“Partlayıcı” zarafatı baha başa gəldi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Livanın paytaxtı Beyrutda Parisə uçmağa hazırlaşan sərnişin təyyarəsi bir şəxsin əl baqajında partlayıcı maddə olduğunu deməsindən sonra təxliyə edilib.
“Qafqazinfo” “Al Modon” qəzetinə istinadən xəbər verir ki, hadisə Rafiq Həriri beynəlxalq hava limanında Beyrut-Paris marşrutu üzrə uçuş həyata keçirən “Middle East Airlines” (MEA) aviaşirkətinə məxsus təyyarədə qeydə alınıb.
Həyat yoldaşı ilə birlikdə təyyarəyə minən sərnişin əl baqajını yuxarıdakı baqaj bölməsinə yerləşdirə bilmədiyini və çantada partlayıcı maddə olduğunu bildirib.
Sərnişin daha sonra bunun zarafat olduğunu desə də, onun ifadəsi potensial təhlükəsizlik təhdidi kimi qiymətləndirilib. O və həyat yoldaşı təyyarədən çıxarılıb.
Bundan sonra bütün sərnişinlər təyyarədən təxliyə edilərək ətraflı yoxlamadan keçirilib. Təyyarə və sərnişinlərin baqajları da yenidən yoxlanılıb.
Axtarış zamanı nə sərnişinin çantasında, nə də təyyarədə hər hansı partlayıcı maddə aşkarlanıb.
Sərnişin dindirilməsi və zəruri hüquqi prosedurların həyata keçirilməsi üçün müvafiq təhlükəsizlik bölmələrinə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 Sentyabr 2026 05:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















