Icma.az
close
up
RU
Mal qaramın yiyəsini söydü, heyvanları vurmağa başladı Məhkəmə

Mal qaramın yiyəsini söydü, heyvanları vurmağa başladı Məhkəmə

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gədəbəydə otlaq sahəsi üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Novosaratovka kəndində heyvandarlıqla məşğul olan 62 yaşlı kişi həmkəndlisinə xəsarət yetirdiyi üçün hakim qarşısına çıxarılıb.
Demokrat.az xəbər verir ki, hadisə otlaq sahələrinin kəsişdiyi ərazidə baş verib. Məlumata görə, 1964-cü il təvəllüdlü Tapdıqla (ad şərtidir) qonşuluqda təsərrüfatla məşğul olan Xəlil arasında heyvanların əkin yerinə girməsi səbəbindən münaqişə yaranıb. Mübahisə böyüyərək fiziki qarşıdurmaya çevrilib və nəticədə Tapdıq əlindəki ağacla həmkəndlisinin kürək nahiyəsinə zərbə endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə iş açılıb. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edərək hadisəni belə nəql edib:
“Novosaratovka kəndində heyvandarlıqla məşğul oluram. Xəlili qonşu təsərrüfatdan tanıyıram. Onunla tez-tez heyvanlarımızın otlaq sahələrinə girməsi səbəbindən mübahisələrimiz olub. Hər dəfə Xəlil ünvanıma nalayiq ifadələr işlədib, söyüşlər söyüb”.
Hadisə günü baş verənlər barədə danışan Tapdıq qeyd edib ki, qarşı tərəfin təhqirləri onu özündən çıxarıb:
“Heyvanlar Xəlilə aid sahəyə girdiyi üçün həm mənim, həm də heyvan sahibinin ünvanına söyüşlər söydü, əlindəki ağacla heyvanları vurmağa başladı. Söyüş söyməməsini, yerin boş olduğunu desəm də, məni söyməkdə davam etdi. Mən də əlimdəki ağacla onun kürəyinə bir zərbə vurdum. Sonra heyvanlarımı götürüb getdim”.
Məhkəmə prosesində Tapdıq törətdiyi əməldən peşman olduğunu bildirib və zərərçəkmişdən üzr istəyib. O, həmçinin ölkədə elan olunan amnistiya qərarının ona şamil edilməsini xahiş edib.
Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə ”Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktına əsasən, həmin şəxs barəsindəki cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri