Malayziya sahillərində Myanma və Banqladeşdən olan 90 qanunsuz miqrantı daşıyan qayıq aşıb
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Tayland və Malayziya arasındakı dəniz sərhədi yaxınlığında Hind okeanında Myanma və Banqladeşdən olan 90 qanunsuz miqrantı daşıyan qayıq aşıb. Bir nəfərin cəsədi tapılıb. Malayziyanın "New Straits Times" qəzetinin məlumatına görə, on nəfər xilas edilib, onlarla insan isə itkin düşüb.
300 miqrantı daşıyan qayıq bir aydan çox əvvəl Myanmadan yola düşüb. Bu həftə Malayziya sərhədinə yaxınlaşanda, gəmidəki insanlar üç qrupa bölünüb və hər biri ayrı bir qayığa yerləşdirilib. Digər iki qayıq hələ tapılmayıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Miqrantların hər biri səyahət üçün təxminən 3000 dollar ödəyib. Malayziya polisi bildirib ki, "bəziləri rüsumu ödəmək üçün torpaqlarını satmalı olublar".
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















