Malayziya Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edəcək
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Malayziya Şahmat Federasiyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 17-də şahmat turniri keçirəcək. Federasiyadan SİA-ya bildirilib ki, Azərbaycanın Malayziyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbir artıq üçüncü ildir ki, bütün şahmatçıların diqqətini cəlb edir.
Turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Hər oyun üçün 15 dəqiqə vaxt və hər gedişə 10 saniyə əlavə vaxt veriləcək. Oyunlar şahmatın rapid növündə keçiriləcək. Turnir FİDE-nin rəsmi təqviminə daxil edilib.
Federasiya kişilərin açıq bölməsinin qalibinə 1000 və qadınlar bölməsinin qalibinə 800 olmaqla, 7500 Malayziya ringgiti məbləğində mükafat fondu ayırıb.
Həmçinin hər bölmədə 10 əsas mükafat və U-18, U-12 və 50 yaşdan yuxarı veteranlar, sağlamlıq imkanları məhdud olan oyunçular üçün əlavə mükafatlar oynanılacaq.
FİDE reytinqi 2100 və daha yüksək olan kişi, həmçinin reytinqi 1900 və daha yüksək olan qadın oyunçular turnirdə pulsuz iştirak etməyə dəvət olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 30 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















