Icma.az
close
up
RU
Malayziyada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Malayziyada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pekin, 19 may, AZƏRTAC

Malayziyanın ən böyük ali məktəblərindən olan MARA Texnologiya Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş FİDE reytinqli sürətli şahmat turniri keçirilib. Malayziyada artıq 3-cü dəfə, ənənəvi olaraq hər ilin mayında Azərbaycan səfirliyinin dəstəyi ilə Malayziya Şahmat Federasiyasının təşkil etdiyi turnirdə bu il də müxtəlif yaş kateqoriyası üzrə çox sayda şahmatçı öz qüvvəsini sınayıb.

Azərbaycanın Malayziyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışın bağlanış və mükafatlandırma mərasimində Malayziya Şahmat Federasiyasının prezidenti Akhramsyah Muammar Ubaidah Sanusi, federasiyanın rəsmiləri, MARA Texnologiya Universitetinin rektoru Şahrin bin Sahib, Malayziyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və təmsilçiləri iştirak edib.

Azərbaycanın və Malayziyanın dövlət himnləri səsləndirildikdən sonra ölkəmiz haqqında tanıtım videosu, Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olunub.

Malayziya Şahmat Federasiyasının Prezidenti, MARA Texnologiya Universitetinin rektoru və səfir İrfan Davudov çıxış edərək, iki ölkə arasındakı əlaqələrin inkişafında gənclər, təhsil və idman sahəsində əməkdaşlığın, o cümlədən intellektual yarışların təşkilinin əhəmiyyətini vurğulayıblar. Ulu Öndər Heydər Əliyevin yüksək intellektual irsinin gənc nəsillər üçün nümunəvi əhəmiyyət daşıdığı qeyd edilib.

Səfir İrfan Davudov Ulu Öndər Heydər Əliyevin həyat yolundan, gənclər siyasəti və təhsil sahəsinə verdiyi əhəmiyyətdən, Azərbaycan xalqına əvəzsiz xidmətlərindən geniş danışıb.

Daha sonra şahmat turnirinin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbir iştirakçıları turnirin keçirildiyi zalın foyesində Azərbaycana, Vətən müharibəsində əldə edilən parlaq zəfərə həsr edilmiş fotosərgiyə baxıblar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri