“Maldini “Milan”dakı tanışı ilə “Fənərbağça”da çalışa bilər
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə təmsilçisi “Fənərbağça” İtaliya futbolunun əfsanəsi Paolo Maldini ilə danışıqları davam etdirir.
"Ölkə.az" xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.
İddialara görə, “sarı-lacivərtlilər”in prezidentliyinə namizəd Hakan Safi idman direktoru vəzifəsi üçün Paolo Maldini ilə həm İtaliyada, həm də Türkiyədə bir neçə dəfə görüş keçirib. Bildirilir ki, Safinin prezident seçiləcəyi halda Maldini klubun futbol strukturlarına rəhbərlik edəcək.
Həmçinin, baş məşqçi postuna Stefano Piolinin gətirilməsi planlaşdırılır. İtalyan mütəxəssisin də bu layihəyə müsbət yanaşdığı vurğulanıb.
Qeyd olunub ki, Paolo Maldini və Stefano Pioli 2019–2024-cü illərdə “Milan”da birlikdə çalışıblar. Həmin dövrdə Pioli komandanın baş məşqçisi, Maldini isə klubun texniki rəhbərlərindən biri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 26 May 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















