Icma.az
close
up
RU
Maldiv adalarının Böyük Britaniyadakı səfiri: COP29 Sədrliyi beynəlxalq iqlim əməkdaşlığında güclü liderlik nümayiş etdirib

Maldiv adalarının Böyük Britaniyadakı səfiri: COP29 Sədrliyi beynəlxalq iqlim əməkdaşlığında güclü liderlik nümayiş etdirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 8 oktyabr, AZƏRTAC

Biz Azərbaycanın COP29 Sədrliyi dövründə göstərdiyi güclü liderlikdən və bu prosesin Braziliyadakı növbəti COP30-a qədər ardıcıl şəkildə davam etdirilməsindən çox məmnunuq.

Bunu AZƏRTAC-a açıqlamasında Maldiv adalarının Böyük Britaniyadakı səfiri Iruthisham Adam deyib. O, Londonda Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “Dəniz səviyyəsində dəyişkənlik və bərabərsiz nəticələr: Xəzər dənizi və Kiçik Ada İnkişaf Etməkdə olan Dövlətlər (SIDS)” adlı yüksəksəviyyəli tədbirin önəminə diqqət çəkib. Səfir bildirib ki, tədbirdə Karib, Sakit okean, Hind okeanı və Xəzər dənizi regionlarından olan nümayəndələrinin iştirakı müxtəlif regionlarda dəniz səviyyəsinin dəyişməsinin təsirlərinə dair dərin təcrübə mübadiləsinə imkan yaradıb. “Biz birlikdə çalışırıq ki, Azərbaycanın COP29 Sədrliyi dövründə götürdüyümüz öhdəliklər real addımlarla həyata keçirilsin. Tədbirdə, həmçinin Braziliyanın gələcək COP üçün planları, təklifləri və dialoqa əsaslanan yanaşma tərzi barədə də məlumat verdilər. Biz COP30-a qədər bu əməkdaşlığı davam etdirməyə sadiqik”,- deyə o vurğulayıb.

Səfir bildirib ki, Millətlər Birliyi uzun illərdir ki, kiçik dövlətlərin, xüsusilə də iqlim dəyişikliyindən ən çox zərər çəkən kiçik ada dövlətlərinin səsini dünyaya çatdıran platformadır. “Maldiv adaları bu istiqamətdə fəal liderlərdən biridir. Biz iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə kiçik ada və həssas ölkələrin maraqlarını müdafiə etməyə davam edirik”, - deyə diplomat bildirib.

O, Azərbaycanın COP29 Sədrliyinin iqlim ədaləti və itkilər və zərə mexanizminin maliyyələşdirilməsi istiqamətində mühüm addımlar atdığını deyib. “Biz hesab edirik ki, COP29 çərçivəsində qəbul edilən yeni təkliflər iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələr üçün əlavə maliyyə resurslarının səfərbər olunmasına imkan verəcək. Bu isə beynəlxalq iqlim əməkdaşlığını və qlobal həmrəyliyi daha da möhkəmləndirəcək,” – deyə səfir bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri