Malikanəsini 24 milyona sattı
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Hollivud ulduzu Ancelina Coli Los-Ancelesdə yerləşən tarixi malikanəsini satıb.
Axşam.az xəbər verir ki, aktrisa mülkü 24,75 milyon dollara satıb. O, malikanəni mayda 29,85 milyon dollara satışa çıxarmışdı.
Təxminən 1022 kvadratmetr ərazisi olan evdə altı yataq otağı və 10 vanna otağı var. Bir vaxtlar məşhur rejissor Sesil B. De Millə məxsus olan malikanəni Coli 2017-ci ilin iyununda 24,5 milyon dollara almışdı.
Malikanənin ərazisində ayrıca girişə malik qonaq evi-studiya, 40 futluq hovuz, hovuz evi, fitnes studiyası, çay evi və mühafizə məntəqəsi olan qaraj yerləşir.
Los-Anceles “Times”ın məlumatına görə, evdə camaşırxana, personal üçün otaqlar və şərab zirzəmisi olan zirzəmi də var.
Mülkün ərazisi yaşı yüz ildən çox olan ağaclar, baxımlı yaşıllıqlar və Hollivud təpələri, “Hollywood” yazısı və Qriffit rəsədxanasına açılan mənzərə ilə diqqət çəkir.
Qeyd edək ki, Ancelina Coli malikanəni Bred Pittlə ayrılmasından bir il sonra, 2017-ci ildə satın almışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Sentyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















