Icma.az
close
up
RU
Menu

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

Maliyyə bank sektorunda inkişaf trendləri

Maliyyə bank sektorunda inkişaf trendləri

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan bank əsaslı maliyyə sisteminə malikdir. Bank sektorunun aktivləri maliyyə sistemi aktivlərinin 90%-dən yuxarı hissəsini təşkil edir. Bank sektoru aktivləri 2022-ci ildə ÜDM in 35%-i təşkil etmişdir. Pandemiya ilə bağlı yaranan qeyri-müəyyənliklər fonunda dövlət və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilmiş sinxron tədbirlər 2022-ci ildə iqtisadi canlanmanı sürətləndirib. AMB-nin təhlilləri kredit portfelinin dinamikası ilə iqtisadi aktivliyin dinamikası arasında yüksək korrelyasiyanın olduğunu göstərir. Mürəkkəb xarici mühit və şərtlərə baxmayaraq, bank sektoru mənfəətliyini qoruyur. Sektorun kapital mövqeyi prudensial tələbləri üstələməklə potensial itkiləri absorbsiya etmək imkanındadır.

31 yanvar 2025-ci il tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,253-dir. Bank sektorunda çalışanların sayı q 25,452 nəfərdir. Fəaliyyətdə olan bankların cəmi aktivləri 53,090.7 mln. manat, cəmi öhdəlikləri 46,402 milyard manat, balans kapitalı 6,688.4 mln. manat olmuşdur. Bankların kredit portfeli 0.1% və ya 37 mln. manat artaraq 27,5 milyard manat olmuşdur. Kredit portfelinin strukturuna nəzər salsaq, biznes kreditləri – 53.5% (14,709.9 mln. manat). istehlak kreditləri – 31.1% (8,551.7 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4% (4,253.1 mln. manat) təşkil edir. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% olub. Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.7%-i və ya 36,961 mln. manat. Depozit portfelinin 61.1%-i (22,575.5 mln. manat) hüquqi şəxslərin, 38.9%-i (14,385.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16,671.1 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.8%-ni əhatə edir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.5 faiz bəndi azalaraq 33.5% təşkil etmişdir. 2025-ci ilin yanvar ayında banklar 71 mln. manat xalis mənfəət, 122.5 mln. manat əməliyyat mənfəəti əldə ediblər.

Bu ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 1.5% artaraq 34,752.2 mln. manat olub. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 38.2 mln. manat artaraq 2,623.6 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artımla əlaqədardır.

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18.1%, kredit kartları üzrə 0.3%-dir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artmışdır. 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 mln. manatdır. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,052 mln. manatı POS-terminallar, 3.1 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68.5%-ni əhatə edib. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 6.8%, POS-terminalların sayı 37.3% artıb.

Bunlarla yanaşı, qeyri-bank maliyyə seqmentlərinin maliyyə sektorunda payı kiçik olaraq qalmaqdadır. Sığorta xidmətlərinin penetrasiyası üzrə artım trendi müşahidə edilir. AMB-nin qiymətləndirmələrinə görə, yaşam sığortası və icbari sığorta sinifləri sığorta sektorunda artımın əsas drayveridir. İqtisadi artımın bərpası və daxili tələbin genişlənməsinə paralel olaraq kapital bazarı da genişlənmişdir.

Maliyyə sistemində iqlim və ESİ amillərdən yaranan riskləri idarə etmək və mövcud imkanları reallaşdırmaq üçün yol xəritəsinə ehtiyac vardır. Hazırda Azərbaycan maliyyə sistemində dayanıqlı və yaşıl maliyyənin tətbiqi üzrə tədbirlər sistemli qaydada həyata keçirilmir. Dayanıqlı maliyyə üzrə maliyyə sektorunun məlumatlığı adekvat səviyyədə deyildir, dayanıqlı maliyyə üzrə requlyativ çərçivə, dayanıqlı fəaliyyət növlərinin təsnifləşdirilməsi, dayanıqlı maliyyə alətləri və bu alətlərin inkişafının təşviq mexanizmləri, həmçinin maliyyə institutlarında dayanıqlı maliyyə üzrə risk idarəetməsi sistemi mövcud deyil. Bu baxımdan dayanıqlı maliyyənin inkişafı üçün müvafiq yol xəritəsinin hazırlanması zəruri hesab olunur.

AMB ölkənin dayanıqlı inkişafında maliyyə sektorunun rolunun gücləndirilməsini dəstəkləyir. Bu məqsədlə, 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi hazırlanmışdır. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla maliyyə institutlarının maliyyə və investisiya qərar qəbuletmə və risklərin idarə edilməsi proseslərinə iqlim dəyişmələri və ESİ amillərin inteqrasiyasını, maliyyə bazarı iştirakçılarının istiqamətləndirilməsi məqsədilə müvafiq standartların və bələdçi sənədlərin işlənib hazırlanmasını, dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılmasını əhatə edir. Yol xəritəsinin başlıca məqsədi iqlim dəyişmələri və ESİ amillərini nəzərə alan dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması və maliyyə sabitliyinin təmin edilməsidir. Bu istiqamətdə beynəlxalq təcrübə nəzərə alınmaqla Yol xəritəsi əsas olaraq iqlim dəyişikliyindən və ekoloji risklərdən yaranan maliyyə sabitliyi risklərinin tənzimləməsinə yönəlmiş və sosial, idarəetmə amilləri ilə bağlı tədbirlər, həmçinin digər müvafiq strateji proqramların, o cümlədən Maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət Proqramının tərkib hissəsi olacaqdır.

Müvafiq yol xəritələri və strategiyalarda əhalinin müxtəlif sosial qrupları üzrə (cins, yaş, fiziki və ya zehni qüsurlu şəxslər və s.) maliyyə əlçatanlığının artırılması, özünüməşğul əhali, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin maliyyələşmə imkanlarının genişləndirilməsi, rəqəmsal maliyyə xidmətləri imkanlarının artırılması, mikromaliyyələşmənin inkişafı, maliyyə inklüzivliyinin dərinləşdirilməsi və s. kimi müvafiq tədbirlər nəzərə alınacaqdır.

Yol xəritəsi Azərbaycanın bank sektoru, sığorta sektoru və kapital bazarının milli dayanıqlı inkişaf hədəfləri ilə uzlaşdırılması istiqamətində görüləcək tədbirləri müəyyən edir. Tədbirlər maliyyələşdirmə və investisiya qərarlarının ətraf mühitə və ekologiyaya təsirinin sistematik qiymətləndirilməsi, iqlim və ESİ amillərindən yaranan risklərin idarə edilməsi, maliyyə institutlarının iqlimlə bağlı və ekoloji riskləri fürsətə çevirmələri məqsədilə müvafiq ekosistemin qurulması, maliyyə şəffaflığının və bazar intizamının təşviq edilməsi kimi çoxşaxəli məsələləri əhatə edir. Maliyyə bazarlarının strukturu nəzərə alınmaqla, dayanıqlı maliyyəyə keçid mərhələli qaydada həyata keçiriləcək. Bu istiqamətdə maarifləndirmə, bilik və bacarıqların artırılması üzrə təşəbbüslər maliyyə sektorunun bütün seqmentlərini əhatə edəcək. İqlim dəyişmələri və ESİ amillərinin maliyyə institutlarının investisiya və maliyyələşmə qərarlarına və risklərin idarəedilməsinə inteqrasiyası ilkin mərhələdə təlimat və standartların verilməsi ilə dəstəklənən könüllü əsaslarla tənzimlənəcək, növbəti mərhələdə isə normativ bazaya daxil ediləcək. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmalqa dayanıqlı maliyyənin əsas komponentləri üzrə tədbirlər strukturlu qaydada həyata keçiriləcək. Yol xəritəsində müəyyən edilmiş müvafiq tədbirlər və görüləcək işlərin icrası aidiyyəti dövlət qurumları, agentliklər və sektor assosiasiyaları ilə koordinasiya və əməkdaşlığı zəruri edir.

Mahir Həmzəoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Fevral 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see232

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see218

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see205

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see199

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see165

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see157

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see154

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see145

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see137

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see136

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see135

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see135

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see133

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see129

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see129

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see125

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see124

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri