Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.
“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 330,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
21 May 2025 17:12
Baxış sayı:57
Bu xəbər 25 İyul 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















