Maliyyə tutumlu alışlar illərlə planlanmalıdır
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Mənzil və ya maşın almaq, kiçik biznes qurmaq və yatrım etmək üçün pula necə qənaət etmək olar sualına cavab ağıllı alıcı olmağin sirrlərinin açarına çevrilir. Bu məqalənin məzmunu ondan ibarətdir ki, siz ehtiyaclarınızı və prioritetlərinizi ailə büdcəsi qurmağa başladığınız ilk gündən müəyyənləşdirməlisiniz. Zaman keçdikcə siz daha dəqiq planlar quracaqsınız. Məsələn, sizin ailənizdə iki uşaq böyüyürsə, deməli 15-20 ildən sonra sizin ailəniz iki ailəyə bölunəcək. Amma sizin yalnız 4 nəfərin yaşaya biləcək bir mənziliniz var.
Deməli, gələcəkdə sizin yeni bir mənzil almaq ehtiyacınız yarana bilər. Düzdur, bu ehtiyac yaranmaya da bilər. Tutaq ki, uşaqlardan biri ilə ailə quran tərəfin evi ola bilər ki, sizin bu cütlüyü yaşayış sahəsi ilə təmin etmək qayğınız aradan qalxar. Amma bunun əksindən də siz sığortalanmamısınız. Yəni ya oğlunuzun, ya da qızınızın ailə qurduğu gəncin mənzili olmaya da bilər. Ona görə də siz bəribaşdan planlaşdırmalısınız ki, mən 15-20 ildən sonra böyük tutumlu xərcləməyə gedə bilərəm, buna hazırlaşmalıyam - pul vəsaiti toplamalıyam. Bu hazırlığı da siz ənənəvi şəkildə pulları üst-üstə yığaraq reallaşdırmamalısınız. Yığım prosesinin gedisində yeni ideyalar ortaya çıxa bilər. Bir müddət siz pulu sadəcə fiziki olaraq toplayacaqsınız. Ehtiyatınızda 20-30 min manat yaranan kimi bu məbləğin kapitala çevrilməsi üzərində düşünməlidiniz. Bu yerdə kapitalın adi ehtiyat pul kutləsindən fərqini oxucular üçün xatırlatmaq istəyirik. Ehtiyat pul kütləsi də, kapital da fiziki olaraq müəyyən məbləğdə pul vesaitidir. Bəzi oxucularımız elə düşünür ki, yalnız yüksək məbləğlərə kapital deyirlər. Xeyir, kiminsə bir milyon manat pulu ola bilər, amma onun kapitala çevrilməsi üçün bir şərt var. Kapital adi pul kütləsindən fərqli olaraq dövriyyədə olaraq, ələvə dəyər yaradır, yəni sizə pul qazandırır. Ona görə də ehtiyatınızda müəyyən məbləğdə dəfnə yaranandan sonra həmin məbləği ya qiymətli kağızlara, ya əmanətə, ya da kiçik biznesə və ya etibarlı bir işə yatırmaq lazımdir. Bu həm sizə əlavə pul qazandıracaq, həm də zamanla pulunuzun real dəyərinin itməsinin qarşısını alacaq. Eyni zamanda "ölü kapital" kimi saxlanan pul kütlələri ölkə iqtisadiyyatına zərər vurursa, dövriyyədə olan kapital onun inkişafına az da olsa yöhfə verir. Pul iqtisadiyyatın "qan"ı hesab edilir. Siz onu sandıqda saxlayanda hardasa həmin pulun yeri boş qalır və ümumi iqtisadiyyatın inkişafını az da olsa ləngidir. Əlinizdəki pul kütləsini kapitala çevirmək üçün yollardan ən səmərəlisi vəsaitlərin kiçik biznesə yatrılmasıdır. Amma bunun üçun sizin bu istiqamətdə vərdişləriniz, sərişdəniz və təcrübəniz olmalıdır. Belə vərdişləriniz yoxdursa digər variantları nəzərdən keçirin. Qiymətli kağızlar bazarında işləmək da müəyyən sərişdəyə və təcürbəyə əsaslanmalıdır. Çox təəssüflər olsun ki, ölkəmizdə qiymətli kağızlar bazarı zəif inkişaf edib və bu sahə hamı üçün əlçatan deyil.
Sizdə bu təcrübə və ya sərişdənin heç biri yoxdursa, Əmanətlərin Sığortalanması Fondunun üzvü olan, ən yüksək faiz verən və maliyyə durumu normal olan bank seçin. Bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olamasi ona gorə vacibdir ki, hər hansı bir səbəbdən bank bağlanarsa əmanətkəriniz batmasın. Maliyyə durumunun vəziyyəti ilə bankların bağlanma ehtimalını proqnozlaşdırmaq olar. Bunun üçün bankların Azərbaycan Mərkəzi Bankına verdiyi ayliq hesabatlari ya özünüz izkəyin, ya da bu barədə peşəkarlardan məlumat alın.
Beləliklə sizin ehtiyatlarınız dövriyyədə olduğu müddətdə həm sizə pul qazandıracaq, həm də ölkə iqtisadiyyətına töhfə verəcək.
Artıq mənzil almaq məqamı yetişəndə isə siz daşınmaz əmlak bazarının hərtərəfli təhlilini aparın, nəticələr çıxarın və həmin nəticələr əsasında qərar qəbul edin. Məsələn, mənzildə yaşayan ailə üzvlərinin iş yeri şəhər ətrafındadırsa, pulunuz çatsa da şəhərin mərkəzində mənzil almayın. Çünki şəhərin mərkəzindən şəhər ətrafındakı iş yerinə qədər hər gün daha çox yol xərci tələb olunur, tıxaclarda vaxt itrilir və siz iş gününə əsəbi halda başlayırsınız. Bu isə sizin işgüzar fəaliyyətinizə mənfi təsir edəcək.
Digər tərəfdən, şəhərin mərkəzində - birinci zonada mənzillər kifayət qədər bahadır. Şəhər ətrafından mənzil seçməklə siz on minlərlə manat vəsaitinizə qənaət edəcəksiniz.
Eyni zamanda, şəhər mərkəzindəki mənzillərin xidmət haqqı da şəhər ətrafına nisbətən 15-25 faiz, bəzi hallarda daha baha başa gəlir. Ona görə də siz şəhər ətrafında mənzil və ya həyət evi alsanız həm mənzil ucuz başa gələr, həm yol puluna və vaxtınıza qənaət edər, həm də mənzilin xidmət haqqına xərciniz az çıxar.
Mənzil alarkən satınalma şərtlərini nəzərdən keçirməyi unutmaq olmaz. Bu şərtləri sizə makleriniz və ya hüquq məsləhətçiniz izah edə bilər. Bəribaşdan qeyd edək ki, mənzil almaq istəyirsinizsə mütləq yeni binalar seçin. Çunki bu binaların istismar müddəti uzundur və mənzillər müasir tələblərə cavab verir. Məsələn, Bakı şəhərindəki yeni evlərdən mənzil almaq istəyirsinizsə, daha yaxşı olar ki, mənzil satan şəxs ona rəsmən sahibləndiyi vaxtdan üç il keçmiş olsun. Əks halda satışa görə mənzilin hər kvadırat metrina görə əlavə 27 manat vergi vermək lazım gələcək. Bu isə mənzilin dəyərini bir neçə min manat bahalaşdıra bilər.
Siz mənzil alarkən alternativ maliyyələşdirmə variantlarını də nəzərdən keçirməlisiniz. Məsələn, rəsmi əmək haqqınız imkan verirsə siz dövlətin satış məqsədi ilə kirayə mənzil layihəsindən yararlana bilərsiniz. Həmin layihə üzra 25 il kirayə ödəməklə yaşadığınız mənzilin sahibinə çevrilə bilərsiniz. Əgər sizin statusunuz sosial və ya güzəştli ipoteka layihəsinə uyğun gəlirsə, onda siz mənzil almaq üçün dövlətin bu layihələrindən də yararlana bilərsiniz.
Daşınmaz və daşınan əmlak alarkən əlavə xərclərə hazır olun və peşəkar yardımı axtarın ki, sonradan peşiman olmayasınız
Ev almaq böyük maliyyə qərarıdır. Bir çoxumuz evimizin keyfiyyətini və rahatlığını itirmədən mümkün qədər qənaət etmək istəyirik. Peşəkarlar isə bunun yolunu daha yaxşı bilir.
Ağıllı və balanslı bir alıcı olaraq, bir mənzil almaq üçün pula qənaət etməyə kömək edəcək bir neçə sirrə baxaq.
Ehtiyaclarınızı və prioritetlərinizi müəyyənləşdirin
Mənzil almaq üçün pula qənaət etməyin ilk addımı ehtiyaclarınızı və prioritetlərinizi müəyyən etməkdir. Sizin üçün ən vacib olanı qiymətləndirin: mənzilin ölçüsü, yeri, ərazi infrastrukturu, işə və ya məktəbə yaxınlıq və s. Axtarışınızı daraltmaq və uyğun olmayan variantları ixtisar etməyiniz işinizi bir qədər də sadələşdirəcək. Məsələn, ailənizdə məktəb yaşlı uşaq varsa, məktəbdən uzaq olan binalardakı təklifləri silin. Daha sonra digər əlamətlərə görə ixtisarlar edin. Bu yolla seçiminizi daraldın və sonda konkretləşdirin.
Daşınmaz əmlak bazarının hərtərəfli təhlilini aparın
Mənzil axtarmağa başlamazdan əvvəl yaşamaq istədiyiniz ərazidəki daşınmaz əmlak bazarını araşdırın. Mənzillərin orta qiymətlərini, qiymət diapazonunun meyllərini və mənzil qiymətlərinə təsir edən mümkün amilləri müəyyənləşdirin. Bu, hansı təkliflərin yaxşı sövdələşmələr olduğunu və harada qənaət edə biləcəyinizi anlamağa kömək edəcək.
Satınalma şərtləri ilə çevik olun
Alış şərtləri və vaxtı ilə çevik olmaq evinizin ən optimal qiymətə əldə etməyinizə kömək edə bilər. Satıcılarla danışıqlara hazır olun, xüsusən bazarda uzun müddətdir məşğun olan brokerlerlə ehtiyatlı davranın. Daşınmaz əmlak bazarında tələbatın az olduğu, qiymətlərin daha əlverişli ola biləcəyi bir dövrdə mənzil almağı da nəzərdən keçirin.
Alternativ maliyyələşdirmə variantlarını axtarın
Ən yaxşı sövdələşməni tapmaq üçün ev alışınızı maliyyələşdirmək üçün müxtəlif variantları araşdırın. İlk dəfə alıcılara dəstək olmaq üçün dövlət proqramından, aşağı faizli ipotekadan və ya bankların əlavə güzəştli şərtlərindən istifadə etməyi düşünün.
Əlavə xərclərə hazır olun
Agent haqları, vergilər, sığorta və s. kimi mənzilin alınması ilə bağlı əlavə xərcləri nəzərə almağı unutmayın. Əməliyyat zamanı xoşagəlməz sürprizlər qarşınızı kəsməsın deyə, onlara əvvəlcədən hazır olun.
Yalnız daşınmaz əmlak deyil, bütün maliyyə tutumlü işlərinizdə mütləq peşəkar yardımına müraciət etmək lazımdir. Bu sizi ziyana düşməkdən, artıq xərc çəkməkdən sığortalayacaq.
Lazım gələrsə, etibar etdiyiniz daşınmaz əmlak agentlərindən, broker və maklerkardən, hüquqşünaslardan və ya maliyyə məsləhətçilərindən peşəkar yardım və məsləhət alın. Onlar sizə mənzil almaqla bağlı əsaslandırılmış qərar verməkdə, evinizin keyfiyyətini və rahatlığını itirmədən pula qənaət etməyə kömək edə bilərlər.
Ağıllı strategiyalara əməl etsəniz və bəzi diqqətli təhlil əsasında qərar qəbul etməyə hazır olsanız, ev alarkən pula qənaət etmək mümkündür. Ehtiyaclarınızı müəyyən edin, daşınmaz əmlak bazarını araşdırın, alış şərtləri, zaman axarında mənzil bazarı ilə çevik təmaslar qurun və lazım gələrsə əsil peşəkar yardım axalanın. Bu məsləhətlər sizə mənzil almaqda pula qənaət etməyə, keyfiyyət və rahatlığı itirmədən sərfəli qiymətə mənzil almağa kömək edəcək.
Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.


