Icma.az
close
up
RU
Naxçıvanda maliyyə forumu

Naxçıvanda maliyyə forumu

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş maliyyə forumu keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

“Naxçıvan Saray”da davam edən tədbirdə Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forum iştirakçılarını salamlayaraq Naxçıvanın muxtariyyət və inkişaf tarixinə nəzər salıb. Qeyd edib ki, Naxçıvan muxtariyyət qazandıqdan sonra 1970-ci ilə qədər məqsədli şəkildə inkişafdan kənarda saxlanılıb. Lakin ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə muxtar respublikanın həyatında yeni mərhələ başlanıb. Ulu öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi isə muxtar respublikanı növbəti işğal təhlükəsindən qoruyub, müstəqil dövlətçiliyimizin əsasları bu torpaqda işlənib hazırlanıb. Bu gün 100 illik muxtariyyət tarixini qeyd edən Naxçıvan Zəngəzur dəhlizinin açılması və Dövlət Proqramının icrası perspektivlərində daha böyük inkişaf və tərəqqiyə hədəflənib. Bu da müdrik dövlət xadimi, ölkə Prezidenti İlham Əliyevin liderlik fəaliyyətinin nəticəsidir.

Son 2 ildə muxtar respublikada yeni idarəetmə metodunun tətbiqi sahəsində aparılan islahatların həm də maliyyə sektorunu əhatə etdiyini diqqətə çatdıran səlahiyyətli nümayəndə xüsusilə vurğulayıb ki, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq maliyyə intizamının gücləndirilməsi, büdcənin düzgün tərtibi və icrası, yerli gəlirlərin artırılması və dotasiyanın azaldılması istiqamətində ardıcıl işlər aparılır. Əgər 2 il bundan öncə Naxçıvan Muxtar Respublikası büdcəsində yerli gəlirlər 20-25 faiz idisə, bu ilin sonunda yerli gəlirlərin həcmi 50 faizdən yüksək olacaqdır. Ötən 2 ildə muxtar respublikada dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun tətbiqi sahəsində də sistemli iş aparılır ki, bu da dövlət vəsaitindən təyinata uyğun düzgün istifadəni təmin edir.

Fuad Nəcəfli maliyyə forumunda yeni hədəflərin müəyyənləşəcəyini və muxtar respublikada dövlət-maliyyə siyasətinin həyata keçirilməsi sahəsində faydalı olacağını bildirib, forumun işinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdıran Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkə başçsının maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı verdiyi tapşırıqların muxtar respublikanın inkişafı üçün hazırlanan strateji sənədlərdə də öz əksini tapdığını diqqətə çatdırıb. Qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planında “Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” bəndi nəzərdə tutulub.

V.Gülməmmədov vurğulayıb ki, ötən ildən muxtar respublikada aparılan audit və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir. Belə ki, büdcənin icrası barədə və satınalmalara dair hesabatların əsasən vaxtında təqdim olunması, malların, iş və xidmətlərin “Dövlət satınalmaları haqqında” Qanunda göstərilmiş prosedur və metodlar tətbiq olunmaqla alınmasının genişləndirilməsi, əmtəəsiz alış əməliyyatlarının azalması kimi bir çox istiqamətlərdə müsbət dəyişikliklər qeydə alınıb. Bununla belə dövlət auditinin nəticələri hələ də təkmilləşdirilməli sahələrin olduğunu göstərir.

Hesablama Palatasının sədri rəhbərlik etdiyi qurumun 2021-2025-ci illəri əhatə edən Strateji Planında hədəflərdən birinin də maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu hədəf üzrə görüləcək ən vacib tədbirlər sırasında dövlət orqanları üçün dövlət maliyyəsinin müxtəlif sahələrində təlimlərin keçirilməsi ilə dəstəyin verilməsidir. Gələcəkdə muxtar respublikada fəaliyyət göstərəcək kadr potensialının gücləndirilməsi üçün Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa başlanılıb. Növbəti ildən “Dövlət auditi” proqramı üzrə praktik təlimlər keçiriləcəkdir.

Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov çıxışında qeyd edib ki, son 22 ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq 539,3 milyon manata çatıb. Bununla yanaşı, muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq 202,8 milyon manata yüksəlib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda icrası planlaşdırılan tədbirlərin maliyyə təminatı məqsədilə Milli Məclis tərəfindən qəbul edilən gələn ilin dövlət büdcəsində 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Gələn il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən muxtar respublikaya ayrılan dotasiya 285,7 milyon manat təşkil edəcəkdir. Naxçıvan Muxtar Respublikasının öz gəlirləri isə 219,5 milyon manat proqnozlaşdırılır.

Maliyyə nazirinin müavini bildirib ki, bu il Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Naxçıvan Xəzinədarlıq İdarəsi yaradılıb. Artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 15-dən çox mərkəzi icra hakimiyyəti orqanının yerli bölmələrinə xəzinə xidmətlərinin göstərilməsi sözügedən idarə tərəfindən həyata keçirilir. Ümumilikdə idarə tərəfindən il ərzində 500 milyon manatdan çox məbləğdə vəsait üzərində xərc əməliyyatlarının aparılması nəzərdə tutulur. Bununla yanaşı hazırda, muxtar respublikanın dövlət Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminə və Büdcə Məlumat İdarəetmə Sisteminə qoşulması istiqamətində işlər aparılır.

Forumda Milli Məclisin deputatı Ziyad Səmədzadə və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edib, Naxçıvan Muxtar Respublikasında aparılan islahatların müsbət nəticələrindən bəhs ediblər.

Sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.

Forum maliyyə və vergi istiqamətləri üzrə panel müzakirələrlə öz işini davam etdirib.

Qeyd edək ki, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının, iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxslərinin iştirak etdiyi maliyyə forumunun məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə işi aparmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri