“Maliyyəçisən” proqramı çərçivəsində təcrübəçilərlə görüş
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Gülər Paşayeva “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində təcrübəçilərlə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı sədr müavini öz karyera yolundan, bu yolu formalaşdıran seçimlərdən və təcrübələrdən danışaraq gəncləri öz gələcəklərinə daha geniş perspektivdən baxmağa təşviq edib.
Gülər Paşayeva çıxışı zamanı gənclərin geniş maraq dairəsinə sahib olmasının, daim yeniliklər axtarmasının, bilmədikləri mövzuları sürətlə araşdırıb öyrənməsinin və dəyişikliklərə açıq olmasının onların şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb. Daha sonra öz karyerasından nümunələr əsasında gənclərə güclü tərəflərini tanımağı, fərqli bacarıqlarını istifadə etməyi və özlərini yeni istiqamətlərdə sınamaqdan çəkinməməyi tövsiyə edib.
Qeyd edək ki, “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində Mərkəzi Bankın müxtəlif rəhbərlərinin iştirakı ilə keçirilən görüşlər gənclərin təcrübəli liderlərin bilik və təcrübəsindən faydalanmasına, eləcə də onların gələcək peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 26 Avqust 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















