Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüş keçirilib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 15 may 2025-ci il tarixində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisasları üzrə təhsilverənləri üçün attestasiya prosesi ilə bağlı maarifləndirici görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə 200-ə yaxın müəllim iştirak edib və peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin elementar musiqi nəzəriyyəsi üzrə biliklər, musiqi ədəbiyyatı və digər materiallara dair diqqət edilməli əsas məqamlar müzakirə edilib.
Görüşdə auditoriyanı maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Bakı şəhəri ilə yanaşı regionlarda da bu cür görüşlər davamlı olaraq təşkil ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 May 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















