Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Manat 2025ci ilə necə keçdi Tarif Şurasının qərarı...

Manat 2025ci ilə necə keçdi Tarif Şurasının qərarı...

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Manatın real bahalanma sürətinin artması 2022-ci ildən start götürüb və 2024-cü ilin sonlarında özünün pik nöqtəsinə çatıb
Azərbaycan iqtisadiyyatı 2025-ci ilə ciddi çağırışlarla daxil olub. Ötən ilin 11 ayında ölkədə 4,1 faizlik iqtisadi artım qeydə alınsa da, kənd təsərrüfatında, xüsusilə də ixracyönümlü sayılan bitkiçilik sahəsində artım sürətinin kəskin zəifləməsi diqqəti cəlb edib. Bundan əlavə, Azərbaycan iqtisadiyyatına kapital qoyuluşunda da azalma qeydə alınıb. Ötən ilin ilkin yekunları bu il Azərbaycan iqtisadiyyatına nələr vəd edir? Əhalini ən çox düşündürən məsələlərdə - manatın məzənnəsi, inflyasiya və sair sahələrdə gözləntilər nələrdir?
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 2024-cü ilin makroiqtisadi yekunları ilə bağlı diqqəti çəkən ən vacib məqam Azərbaycan manatının qeyri-neft çəkili nominal effektiv məzənnəsinin tarixində görünmədiyi ən yüksək səviyyədə bahalanmasıdır: ""Qeyri-neft çəkili" termini o deməkdir ki, manatın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarından formalaşan valyuta səbətinə münasibətdə orta məzənnəsi hesablanarkən Azərbaycanın qeyri-neft xarici ticarətinin xüsusi çəkisi tətbiq edilir. 
Mərkəzi Bankın məlumatına görə, son devalvasiyadan sonra (2016-cı illə müqayisədə) manat nominal olaraq 2 dəfə bahalanıb. Baza ilinə (2000-ci il) nisbətən manatın nominal effeltiv məzənnə indeksi 180,4-ə bərabər olub - 2016-cı ildə bu göstərici 96,3-ə enmişdi. Hətta sərt devalvasiya ilində (2015-ci il) həmin indeksin səviyyəsi tarixi maksimum olaraq 173,1-i görmüşdü. 2024-cü ildə isə yeni bir maksimum qeyd alındı. Qida və geyimdən tutmuş istehsal təyinatlı mllara qədər idxaldan yüksək asılı ölkənin hökuməti sosial baxımdan bunu özü üçün çox əlverişli sayır. Amma bu amil “resurs lənətin”dən xilas olmaqla yerli istehsalı qura bilməyən iqtisadiyyata orta və uzun zamanda öldürücü zərbə vurur.  Məlumat üçün deyim ki, manatın nominal və real effektiv məzənnəsinin hesablanması üçün xarici ticarətdə əsas tərəfdaş olan ölkələrin 14 valyutasından ibarət səbətdən istifadə edilir".
Ekspert bildirir ki, manatın qeyri-neft çəkili real effektiv məzənnə indeksi də 2014-cü ildə yüksəldiyi tarixi zirvəyə çatmasa da, ötən il son 10 ildə özünün ən yüksək həddinə yüksəlib: “Baza ilinə (2000-ci il) nisbətən manatın real effektiv məzənnə indeksi 119-a bərabər olub. 2014-cü ildəki qərarlaşdığı nöqtədən (140,7) sonra həmin göstərici 86,3-118,8 intervalında hərəkət edib. 
Manatın real bahalanma sürətinin artması 2022-ci ildən start götürüb və 2024-cü ilin sonlarında özünün pik nöqtəsinə çatıb. Məlumat üçün bildirim ki, real effektiv məzənnə ölkənin aparıcı ticarət tərəfdaşlarının valyuta səbətinə nəzərən milli valyutanın inflyasiyadan təmizlənmiş nominal mübadilə dəyəridir. Real məzənnənin bahalanması o deməkdir ki, yerli məhsulların xarici məhsullarla ifadə edilmiş qiymətləri yüksəlir. Real məzənnənin ucuzlaşması o deməkdir ki, yerli məhsulların xarici məhsullarla ifadə edilmiş qiymətləri enir. Məsələn, Azərbaycan manatının xarici ticarət tərəfdaşımız olan Türkiyə lirəsinə münasibətdə real məzənnəsini hesablamaq üçün 2 ölkə arasında inflyasiya fərqi ilə manat-lirə məzənnəsinin dinamikası arasında fərqi müqayisə etmək lazımdır. Yəni inflyasiya fərqi bizim xeyrimizə 25 faiz (Azərbaycanda 5 faiz, Türkiyədə 30 faiz), manatın lirə qarşısında 20 faiz bahalandığı halda nəticə bu olur ki, manat real olaraq 5 faiz ucuzlaşır. Bu vəziyyət türk mallarının Azərbaycan manatı ilə ifadə olunan qiymətlərinin bizim analoji mallarla müqayisədə daha çox bahalanması deməkdir. Eyni qaydada bütün aparıcı ticarət tərəfdaşlara münasibətdə manatın real məzənnəsi hesablanır. Sonra isə həmin ölkələrin hər biri ilə ayrı-ayrılıqda ticarətimizdə qeyri-neft xarici ticarətinin xüsusi çəkisi nəzərə alınmaqla manatın qeyri-neft çəkil real effektiv məzənnəsi hesablanır. 
İndi gəlin son 5 ildə (2019-2024-cü illərdə) manatın ayrı-ayrı valyutalara nisbətən real məzənnəsinin dəyişməsinə baxaq. Bu dövrdə Azərbaycan manatının real məzənnəsi ABŞ dollarına qarşı 14 faiz, avroaya qarşı 19 faiz, ingilis funtuna qarşı 17 faiz, türk lirəsinə qarşı 36 faiz, gürcü larisinə qarşı 1 faiz, yapon yenasına qarşı 48 faoz, Çin yuanına qarşı 38 faiz, İsveçrə frankına qarşı 11,5 faiz bahalanıb. Bu statistik mənzərədən çıxan nəticə budur ki, Azərbaycan məhsullarının yuxarıda sadalanan hər bir valyutada ifadə edilmiş qiyməti son 5 ildə bahalaşıb".

Tarif Şurasının son artım qərarları Azərbaycanda inflyasiyanı nə qədər artıra bilər? R.Ağayevin dediyinə görə, əgər yanacaq və digər tariflər də artırılmasa, bu qərarın 1,5 faizə yaxın əlavə inflyasiya yarada biləcəyi real görünür: “Yəni məsələn, bu artımlar olmadan Mərkəzi Bank 4-4,5 faiz inflyasiya gözləyirdisə, artımlar nəticəsində həmin rəqəm 5,5-6 faizə yüksələcək güman ki. Əgər yanacaq qiymətləri də artırılarsa, şərtlər dəyişəcək əlbəttə, yəni təsir daha böyük olacaq”.
Ekspert bildirir ki, iqtisadiyyatın pulla təminatının 2 əsas mənbəyi var: “Mərkəzi bankların çap etdiyi nağd pullar və bankların cəlb etdiyi resurslar (depozitlər) hesabına yaratdığı pullar. Bankların yanına müxtəlif subyektlərdən pul toplayan və iqtisadiyyatın maliyyələşdirilməsində iştirak edən fərqli vasitəçi maliyyə qurumlarını (sığorta şirkətləri, investisiya və pensiya fondları və s.) da qoya bilərsiniz. O ölkədə ki iqtisadiyyatın əlavə dəyər yaratmaq potensialı və texnoloji səviyyəsi çox aşağıdır, qara iqtisadiyyatın payı çox yüksək və istisnasız olaraq bütün institusional vahidlər (biznes, ev təsərrüfatları, maliyyə institutları) bank sektoruna edimad göstərib sərbəst pullarını ona həvalə etmirlərsə, nəhəng pul kütləsini ya sandıqlarda (kassalarda) saxlamağa, ya müntəzəm olaraq ölkədən kənara qaçırmağa çalışırlarsa, pul yaratmağın ağırlığı Mərkəzi Bankın çiynində qalır. Yəni bankın çap maşını davamlı işləməsə, iqtisadiyyat ciddi pul qıtlığı keçirər”. (Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri