Sabitləşdirici qüvvələr tezliklə Qəzza zolağında yerləşdiriləcək Tramp
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın vaxtlarda Qəzza sektorunda regiondakı münaqişənin həlli üçün sabitləşdirici qüvvələr yerləşdiriləcək.
"Report"un məlumatına görə, Tramp bunu Malayziyaya səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Çox tezliklə. Hazırda bunun üzərində işləyirlər. Hazırda rəhbərlik müəyyənləşdirilir. Yaxın Şərqdə sülh olacaq", – deyə ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Trampın Qəzza sektorundakı münaqişənin həllinə yönəlmiş "hərtərəfli plan"ını açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və xüsusilə Fələstin anklavında müvəqqəti xarici idarəçiliyin tətbiqini və orada beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Oktyabrın 9-da münaqişə tərəfləri Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi üzrə saziş imzalayıblar. Qəzzada atəşkəs sazişi oktyabrın 10-da qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Oktyabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















