Icma.az
close
up
RU
Manatın məzənnəsi sabit qalacaq

Manatın məzənnəsi sabit qalacaq

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Fitch Solutions”: Ehtiyatlı monetar siyasət, güclü valyuta ehtiyatları manatın sabitliyinin qorunmasını təmin edəcək

Dünyanın nüfuzlu iqtisadi institutlarından olan “Fitch Group” aid olan “Fitch Solutions” şirkəti Azərbaycanla bağlı açıqladığı yeni hesabatında pul-kredit, monetar və maliyyə sabitliyinin vəziyyəti və proqnozlarını şərh edib. Qurumun ekspertlərinin qənaətinə görə, Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 2026-cı ildə 1,7 səviyyəsində qalacaq və yaxın dövrdə məzənnə dəhlizində ciddi dəyişikliklər gözlənilmir. Güclü xarici şoklar baş vermədiyi halda manatın məzənnəsinin kəskin dəyişikliyinə səbəb olacaq amillər üçün əsaslar yoxdur. Proqnoza əsasən, Mərkəzi Bank inflyasiya təzyiqlərinin yüksək olmasına baxmayaraq, ümumilikdə qiymət sabitliyini təmin etməklə ehtiyatlı siyasət yürüdür. Bu isə məzənnə sabitliyini dəstəkləyən əsas amillərdən biri kimi mühüm yer tutur.

“Fitch Solutions”un qənaətinə görə, manatın dollara qarşı sabit qalması ölkədə investorların etimadını gücləndirir və uzunmüddətli iqtisadi planlaşdırmanı asanlaşdırır. Eyni zamanda, avronun nisbətən ucuzlaşması ölkənin Avropa ilə ticarətində qiymət rəqabətliliyini artırmaq üçün əlverişli şərait yarada bilər.

Uçot dərəcələri yüksəlməyəcək

Makroiqtisadi perspektivlərə nəzərən, manatın sabit qalması inflyasiya göstəricilərinə də müsbət təsir göstərəcək. Əgər valyutanın məzənnəsi kəskin dəyişməsə, idxal olunan məhsulların qiymətində ciddi artım müşahidə olunmayacaq və nəticədə istehlak bazarında sabitlik qorunacaq. Bu, həm də əhalinin alıcılıq qabiliyyətinin qorunmasına xidmət edəcək. Analitiklərin qənaətinə görə, manatın kursunda ciddi dalğalanmalar gözlənilmir və 2030-cu ilə qədər milli valyutanın sabitliyi qorunacaq.

Ümumilikdə, Azərbaycanda yürüdülən məzənnə siyasəti “üzən məzənnə”yə keçidə əsaslanmaqla xarici valyutalar qarşısında öz dayanıqlılığını qoruyub saxlamağa qadirdir. Bu isə Azərbaycan iqtisadiyyatına inamı formalaşdırmaq, daxili və xarici investisiyaları cəlb etmək baxımından sabit məzənnə rejimi mühüm əhəmiyyət kəsb edir.

“Fitch Solutions” Azərbaycanda uçot siyasəti ilə bağlı da nikbin rəy verib. Qurumun ekspert icmasının fikrincə, 2026-cı ilin sonuna qədər MB-nin uçot dərəcəsini azaldacağı proqnozlaşdırılır. Mərkəzi Bank 2026-2027-ci illərdə ehtiyatlı, məlumat təhlilinə əsaslanan pul-kredit siyasətinə sadiq qalacaq. Ehtimallara əsasən, əsas faiz dərəcəsi 2025-ci ilin sonuna qədər 6,75 faizə, 2026-cı ilin sonuna qədər isə 6,5 faizə, (əvvəlki gözlənti 6,25 faiz olub) enəcək.

“Economist Intelligence Unit”in proqnozları ümidvericidir

Azərbaycanda milli valyuta olan manatın məzənnəsi ilə bağlı “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) ehtimalları da müsbətdir. Qurumun proqnozlarına görə, 2024-2029-cu illər manatın ABŞ dolları qarşısında kursu sabit qalacaq, avro isə manat qarşısında nisbətən ucuzlaşacaq. Dollar/AZN məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində stabilliyini qoruyacaq. Bu, Mərkəzi Bankın manatın sabitliyini təmin etmək siyasəti ilə uzlaşır və ölkədə maliyyə sabitliyi üçün mühüm göstərici hesab olunur. Analitiklər bildirirlər ki, manatın dollara nisbətdə sabit qalması həm inflyasiya risklərinin idarə edilməsinə, həm də ölkəyə sərmayələrin cəlb olunmasına müsbət təsir göstərəcək.

Avro qarşısında isə manatın dəyərində nisbətən eniş müşahidə olunacaq. Proqnozlara görə, 2025-ci ildə avro/AZN məzənnəsi 1,77 manat səviyyəsində olacaq. 2026-cı ildə bu göstərici 1,75 manata enəcək, 2027-ci ildə isə 1,73 manata qədər aşağı düşəcək. 2028-2029-cu illərdə Avro/AZN məzənnəsi eyni səviyyədə qalacaq və beləliklə, avronun manat qarşısında tədrici ucuzlaşması müşahidə olunacaq.

Analitiklər vurğulayırlar ki, manatın sabitliyinin qorunması yalnız Mərkəzi Bankın siyasətindən asılı deyil. Azərbaycanın makroiqtisadi göstəriciləri, xarici ticarət balansı, valyuta ehtiyatlarının səviyyəsi və maliyyə bazarlarının möhkəmliyi də valyutanın sabitliyində mühüm rol oynayır. EIU hesab edir ki, ölkənin dollar ehtiyatlarının kifayət qədər olması, habelə xarici valyuta gəlirlərinin stabil olması manatın gələcəkdə də sabit qalmasına şərait yaradacaq.

Mərkəzi Bankın gözləntiləri

Mərkəzi Bankın pul siyasəti qərarları da manatın sabitliyinin uzunmüddətli olacağına dair ehtimalları gücləndirir. MB-nın bəyanatına əsasən, cari ilin ötən 10 ayı ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi orta günlük 1,7 manat təşkil edib. Yəni banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkətdə olub.  2025-ci ilin sonunda və növbəti ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalı alətləri də başlıca rol oynayacaq. Belə ki, manatın nominal effektiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaq.

İkitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2026-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcək. Qiymət sabitliyinin başlıca xətti manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən ediləcək. Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların keçirilməsi davam etdiriləcək. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişimindən asılı olaraq Mərkəzi Bank valyuta bazarında valyuta satışı və alışları həyata keçirə bilər.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see352

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see350

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see286

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see281

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see236

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see234

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see227

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see209

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see193

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see193

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see192

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see185

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see182

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see182

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see172

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see171

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see170

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri