Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşən, Vətən müharibəsindən sonra nəşinin qalıqları tapılan Mədinə Babayeva 33 ildən sonra doğma yurdunda torpağa tapşırılıb.
"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, 1905-ci il təvəllüdlü Babayeva Mədinə Rəhim qızı Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində mərhumun yaxınları, Daşbulaq kənd sakinləri, şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mədinə Babayeva doğma kəndində son mənzilə yola salınıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Mədinə Babayeva 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Daşbulaq kəndinin işğalı zamanı itkin düşmüşdü. Uzun illər itkin hesab olunan Mədinə Babayevanın nəşi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının koordinasiyası ilə həyata keçirilən axtarış və eyniləşdirmə tədbirləri nəticəsində müəyyən olunaraq ailəsinə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 03 İyul 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















