“Mançester Siti” deyilik ki, hamıya qalib gələk” Kamran İsmayılovdan ağır məğlubiyyətə şərh
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Şamaxı” Misli premyer-liqasında yeni ilə uğursuz başladı. 17-ci tur çərçivəsində “Qəbələ”ni qəbul edən “şirlər” böyükhesablı məğlubiyyətlə üzləşdi – 0:4. Xatırlayırsızsa, komanda mövsümün ilk yarısında da autsayderlər mövqeyində qərarlaşan rəqiblərindən birinə - “Kəpəz”ə 1:4 hesabıyla uduzmuşdu.
Məğlubiyyətin səbəbləri və bunun necə qarşılandığı haqda fikirlərini öyrənmək üçün “Şamaxı”nın idman direktoru Kamran İsmayılovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Sözsüz, gözlənilməz məğlubiyyət yaşadıq. “Mançester Siti” deyilik ki, hamıya qalib gələk. Sadəcə, çempionatın bir oyununda məğlub olduq. Təbii ki, belə hesabla uduzmaq hamıya pis təsir etdi. Məyusuq. Lakin buna görə ruhdan düşmək niyyətində deyilik. Müəyyən səviyyəmiz və hədəfimiz var. Yola inamla davam edirik. Deyə bilmərəm ki, “Qəbələ” bizi əzdi, tapdaladı. Ardıcıl qollar buraxdığımıza görə komanda “sındı”. “Kəpəz”ə uduzanda da dedilər ki, “Şamaxı” dağılır. Lakin qısa müddətdə toparlanıb “Qarabağ”la “Sabah”dan xalı aldıq, “Zirə”ni məğlub etdik”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 28 Yanvar 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















