Mançester Siti”nin maliyyə işində şok qərar
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
“Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı işi yeni mərhələyə qədəm qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Athletic” yayıb.
Mənbənin məlumatına görə, müstəqil komissiya İngiltərə klubunu 115 mümkün maliyyə qaydası pozuntusunun 114-də təqsirli bilib.
“Mançester Siti”nin apellyasiya verəcəyi gözlənilir. Klub isə prosesin hələ başa çatmadığını və işin davam etdiyini bildirib.
Premyer Liqa 2023-cü ilin fevralında “Mançester Siti”ni 2009/10–2022/23 mövsümləri arasında maliyyə qaydalarını pozmaqda ittiham edərək işi müstəqil komissiyaya göndərmişdi.
İttihamlar arasında maliyyə məlumatlarının düzgün təqdim edilməməsi, Premyer Liqanın mənfəət və dayanıqlılıq qaydalarının pozulması, UEFA-nın maliyyə qaydalarına əməl edilməməsi və klubun araşdırma ilə əməkdaşlıq etməməsi kimi məsələlər yer alıb.
Müstəqil komissiyanın yekun qərarı və mümkün cəza hələ açıqlanmayıb. Premyer Liqa isə prosesin məxfi olduğunu bildirərək məsələyə münasibət verməyib.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 Sentyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















