Mançester Yunayted in həmsahibi baş məşqçinin işini dəyərləndirib
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Yunayted"in həmsahibi Cim Ratkliff komandanın baş məşqçisi Ruben Amorimin işini şərh edib. Sport24.az xəbər verir ki, o, bu barədə BBC-yə açıqlama verib:
"Rubenin çalışdırdığı komandaya baxsanız, onun həqiqətən yaxşı iş gördüyünü düşünürəm. Fikrimcə, Ruben gələcəyi olan gənc məşqçidir. O, əla menecerdir və məncə, o, uzun müddət burada olacaq.
Onun nəyə qadir olduğunu anlamağa başlayırsınız. Fikrimcə, "Arsenal" ilə matç bir daha bunu göstərdi. "Arsenal"a qarşı ehtiyat oyunçular skamyasında neçə futbolçu tanıdınız? Onlardan neçəsi indiyə qədər "Mançester Yunayted"in formasını geyinib? Ruben əla iş görür.
O, əksər böyük məşqçilər kimi, emosional xarakterə malikdir. Ruben hələ mükəmməl deyil, amma böyük uğurlar qazanmaq potensialı olan mütəxəssisdir. O, hər oyun qalib gəlmək arzusu ilə alışıb-yanan futbolçularla dolu paltardəyişmə otağı istəyir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Mart 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















