Mançester Yunayted in müdafiəçisi rəhbərliklə olan münaqişəni həll etdi
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Lisandro Martines "Mançester Yunayted" rəhbərliyi ilə yaşadığı münaqişəni həll edib
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines klub rəhbərliyini tənqid etdikdən sonra komandanın məşqlərinə qayıdıb. Bu barədə "The Sun" nəşri məlumat yayıb. Futbolçu cümə axşamı baş məşqçi Maykl Kerrik, idman direktoru Ceyson Uilkoks və icraçı direktor Ömər Berrada ilə görüşərək baş verənləri müzakirə edib. Klub rəhbərliyi məsələni artıq bağlanmış hesab edir.
Xatırladaq ki, Çempionlar Liqasında "Atletiko"ya 0:2 hesabı ilə məğlubiyyətdən sonra Martines "Mançester Yunayted" rəhbərliyini transfer bazarındakı uğursuz fəaliyyətinə görə tənqid etmişdi. Daha sonra futbolçu səsləndirdiyi fikirlərə görə üzr istəyib.
Qeyd edək ki, Martines cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində bütün turnirlər üzrə 7 oyuna çıxıb və 1 qol vurub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Oktyabr 2026 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















