Icma.az
close
up
RU
“Mançester Yunayted” Karrikin taleyi ilə bağlı qərarı təxirə saldı

“Mançester Yunayted” Karrikin taleyi ilə bağlı qərarı təxirə saldı

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Maykl Karrikin gələcəyi ilə bağlı yekun qərarı noyabrda milli komandaların oyunları üçün nəzərdə tutulan fasiləyə qədər təxirə salmağı planlaşdırır.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Çelsi”yə səfərdə 0:2 hesablı məğlubiyyət klub daxilində narahatlığı daha da artırıb. Mançester təmsilçisi bütün turnirlərdə ardıcıl doqquzuncu oyunda qələbə qazana bilməyib.

“Bornmut”a doğma meydanda 0:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyində böhran müzakirələri aparılmışdı. Həmin vaxt Karrikin ən azı “Çelsi” ilə qarşılaşmada komandaya rəhbərlik etməsi qərara alınmışdı.

Son məğlubiyyətə baxmayaraq, klubun planı baş məşqçinin vəziyyətini noyabr fasiləsində yenidən qiymətləndirməkdir. Bu prosesdə icraçı direktor Ömər Berrada və idman direktoru Ceyson Uilkoksun əsas rol oynayacağı gözlənilir.

“Çelsi” ilə oyundan sonra Karrik komandasının aşağı pillələrdə qərarlaşması və Premyer Liqadan düşmək təhlükəsi barədə sualları da cavablandırıb.

“İrəli getməli və oyunlarda qalib gəlməliyik. Məsələ bu qədər sadədir. İndi söyləyəcəyim heç bir söz vəziyyəti dəyişməyəcək”, – deyə mütəxəssis bildirib.

O, ardıcıl qələbələrin turnir cədvəlində vəziyyəti sürətlə dəyişə biləcəyini də vurğulayıb.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada keçirdiyi doqquz oyundan yalnız birində qalib gəlib. Komanda avqustda “İpsviç"i 5:2 hesabı ilə məğlub edib.

Klubun uğursuz nəticələri azarkeşlərin narazılığına da səbəb olub. “Çelsi” ilə qarşılaşma zamanı tribunadan klubun həmsahibi Cim Retkliffə və Qleyzerlər ailəsinə qarşı etiraz şüarları səsləndirilib.

Karrikin noyabrın 3-də Çempionlar Liqasında “Roma” ilə, beş gün sonra isə Premyer Liqada “Aston Villa” ilə keçiriləcək görüşlərdə komandaya rəhbərlik edəcəyi gözlənilir. Bundan sonra klub rəhbərliyi onun gələcəyini yenidən nəzərdən keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Noyabr 2026 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri